Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-659/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-1032/2015 saylı, 19 oktyabr 2015-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-374/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, Borclu 1993.45 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-1032/2015 saylı, 19 oktyabr 2015-ci il tarixli qərardadına əsasən, Borclu məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-374/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu 1993.45 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Məhkəməsinin 8(012)-1032/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin edilmiş, tələbkar "BOKT "Embafinans” MMC-nin müvafiq ərizə ilə müraciət edərək icra sənədinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə borcu tam bağlamışdır. Bu səbəbdən o, torpaq sahəsi üzərindən həbsin götürülməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 374/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-1032/2015 saylı, 19 oktyabr 2015-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus olan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-659/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-659/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver