Məhkəmə qərarları › İş №8(012)-662/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-662/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-662/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məcburi qaydada şöbəyə gətirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3253/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu 4610,49 məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin (köhnə "xxxx" ASC) hesabına ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli təqdimatını onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3253/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu 4610,49 məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin (köhnə "xxxx" ASC) hesabına ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar iş üzrə Borclu tərəflərindən dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-3253/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Bunlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, Tələbkar ASC-yə olan borcunun müəyyən hissəsini ödəmişdir, onun hazırda 4600 manat borcu vardır. O, tələbin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən heç bir bildiriş almamış və xəbərdar edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə çağrılması ilə bağlı iş materialları ilə rəsmi sənəd müəyyən edilmədiyindən Borclu məcburi qaydada gətirilməsi barədə təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar