Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-667/2022 25.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, Borclu ilə Tələbkar arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 651 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 anası Tələbkar yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədi ərazi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-436/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış icra sənədi sonradan aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)- 4284/2021 saylı. xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Borclu azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək müvəqqəti ünsiyyəti təmin edilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-4284/2021 saylı icra sənədi üzrə tələbkarın uşağı ilə görüşməsi üçün şərait yaradılmış və tələbkar sərbəst şəkildə uşağı ilə görüşməklə ünsiyyəti təmin edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib olunaraq icra işinə əlavə edilmişdir. Eyni zamanda, qeyd edilən icra sənədinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla Abşeron rayon Məhkəməsinə məlumat verilmişdir. Sözügedən icra sənədi üzrə xx.xx.2021-ci il tarixdən sonrakı müddət ərzində xx.xx.2014-cü il təvəllüdlü X1 atası ilə görüşü tərəfər arasında razılaşdırılmış şəkildə həyata keçirilirdi, belə ki, tələbkar uşağı borclunun yaşadığı mənzildən götürürdü. Bir müddət sonra müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4284/2021 saylı icra sənədi üzrə Borclu övladı ilə ünsiyyətdə olması üçün uşağı Tələbkar götürdükdən sonra anaya geri qaytarmamışdır. Bundan sonra Tələbkar icra şöbəsinə gələrək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 2(012)-436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunmuşdur ki, birgə nikahdan anadan olmuş azyaşlı anası Tələbkar yanında qalmalıdır. Bu əsasla xx.xx.2014cü il təvəllüdlü Cəlil adlı uşağın tələbkar Borclu geri alınaraq ona təhvil verilməsi üçün tədbirlərin görülməsini xahiş etmişdir. Tələbkar Borclu isə bildirmişdir ki, uşaq anaya getmək istəmir və uşağın atadan alınaraq anaya təhvil verilməsi barədə hər hansı məhkəmə qərarı mövcud deyil. Bu barədə xx.xx.2022-ci il tarixli ərizə ilə də icra şöbəsinə müraciət etmişdir. Beləliklə, yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi məqsədilə Abşeron rayon Məhkəməsinin 2(012)-436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi önəmlidir. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin “qət etdi” hissəsində qeyd olunan “birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 anası Tələbkar yanında qalmalıdır” ifadəsininin “uşağın Rafiq Cəlilovdan (atadan) alınaraq Tələbkar (anaya) təhvil verilməsi” anlamını verib-verməməsinə aydınlıq gətirilməklə qətnaməyə müvafiq izahın verilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra sənədi üzrə tələbkar və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə icra sənədi üzrə icra məmurunun izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Belə ki, mülki iş materiallarında olan: -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4284/2021 saylı icra sənədindən görünür ki, iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Borclu azyaşlı övladı - xx.xx.2014-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək müvəqqəti ünsiyyəti təmin edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4284/2021 saylı icra sənədi üzrə icraata başlanılaraq tərəflərə könüllü icra müddəti barədə məlumat verilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, iş üzrə tələbkar Borclu, iş üzrə borclu Tələbkar, hal şahidləri X6, X8 tərəfindən imza edilməklə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-4284/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00dək xx.xx.2014-cü il təvəllüdlü X2 ilə ünsiyyətdə olması qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə tərəflər xx.xx.2021-ci il tarixdə icra şöbəsinə dəvət olunmuşlar. Borclu Tələbkar övladı X2 ilə icra şöbəsinə gəlmişdir. Tərəflərlə ayrılıqda profilaktik danışıqlar aparılmış və nəticədə, iş üzrə tələbkar Borclu ilə X1 görüşü (ünsiyyəti) təmin edilmişdir. Görüş zamanı hər hansı neqativ hal yaşanmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Borclu Gədəbəy rayonu X.Haqverdiyev küçəsi 15 saylı evdə, Tələbkar isə Abşeron rayonu Xırdalan şəhəri M.Əsədov küçəsi döngə 2, dalan 2, 15 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədinə əsasən, Tələbkar ilə Borclu nikahı pozulmuş, birgə nikahlarından anadan olmuş azyaşlının tələbkarın yanında qalması və uşağın saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Eyni zamanda, tələbkar Borclu azyaşlı oğlu ilə ünsiyyət hüququnun müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4284/2021 saylı icra sənədinə əsasən, iddiaçı Borclu azyaşlı övladı ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək müvəqqəti ünsiyyəti təmin edilmişdir. Ərizədən və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, azyaşlı hazırki müddətədək tələbkar Borclu yanında qaldığından və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədinə əsasən, azyaşlı anasının yanında saxlanıldığından mövcud ziddiyyətin aradan qaldırılması üçün icra məmuru qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qanunun tələblərindən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən ləğv olunmamış, habelə, icra olunmamış məhkəmə qərarlarının məzmunu dəyişdirilmədən həmin qərarı qəbul etmiş hakim tərəfindən izah verilə bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 14. bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunun və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək, məhkəmə qeyd edir ki, hazırki ərizənin mahiyyətini Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı qətnaməsinə izah verilməsi təşkil edir ki, həmin qətnamədən də göründüyü kimi, məhkəmə tərəflərin birgə nikahlarından olan azyaşlı xx.xx.2014-cü il tarixli X1 anası iddiaçı Tələbkar yanında saxlanılmasını qət etmişdir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 436/2021 saylı qətnaməsindən göründüyü kimi, həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdeh Borclu azyaşlının anasının yanında qalmasına etiraz etmədiyini izahatında göstərmiş və məhkəmə tərəflərin qarşılıqlı razılığını, uşağın yaşını, mənafeyini, anasına bağlılığını nəzərə alaraq, azyaşlının anasının yanında qalması qənaətinə gəlmişdir. Beləliklə də, məhkəmə qanunun tələblərini nəzərə alaraq iddia tələbinə mahiyyəti üzrə baxmış və yekun məhkəmə aktı qəbul etmişdir. Bu səbəbdən də, qətnamənin dili sadə və anlaşıqlı olmaqla, məhkəmə onun izah verilməsinə ehtiyac duymur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “”İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməlidir. Göründüyü kimi, məhkəmə qətnaməsi aydın və anlaşılan olmuş, icra məmuru isə “azyaşlı anasının yanında saxlanılsın” ifadəsinin azyaşlının atadan alınaraq anaya verilməsi anlamını verib-verməməsini xahiş etmişdir ki, hazırki ziddiyyətli məqam həmin mülki iş üzrə mübahisənin predmetini təşkil etməmişdir. Halbuki, qanunvericilik məhkəmə orqanına məhkəmə aktına izah verərkən onu dəyişdirməsini, eyni zamanda, məhkəmə baxışının predmetini təşkil etməyən məsələlərin həllini qadağan etmişdir. Bu səbəbdən də, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında məhkəmə aktı çıxardığından, həmin qətnamənin izah edilməsinə lüzum olmadığı qənaətinə gələrək ərizənin təmin edilməməsi qərarına gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-436/2021 saylı icra sənədinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-667/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-667/2022
25.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver