Məhkəmə qərarları › İş №8(012)-677/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-677/2025

04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-677/2025 04.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkarlar Tələbkar2 və X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qubadlı Rayon Məhkəməsinin 2(028)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4500 manat pul alınaraq Tələbkar2 ödənilməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7025 manat pul alınaraq X2 ödənilməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-608/2022 tarixli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 200 manat əsas borc, 36,8 manat faiz borcu, 1,31 manat cərimə, 2 manat komisyon haqqı olmaqla, cəmi 240,11 manat borc və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs xx.xx.1979-cu ildə Qubadlı rayonunda anadan olmuş və ünvan 1 ünvanında yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatı onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 4500 manat pul alınaraq Tələbkar2 xeyrinə ödənilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7025 manat pul alınaraq X1 xeyrinə ödənilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-608/2022 tarixli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 270,51 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqına” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs Borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar2 məhkəmə iclasında Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər tələbkar X3 Borclu ona olan borca görə cəmi 400 manat ödəniş etdiyini, hazırda ödənilməmiş 6625 manat borcu olduğunu bildirdi və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarların izahatını dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(028)- 177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(028)-608/2022 tarixli, xx.xx.2023-cü il tarixli icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1979-cu il təvəllüdlü, Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2(028)- 177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və 2(028)-608/2022 tarixli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1979-cu il təvəllüdlü, Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar