Məhkəmə qərarları › İş №8(012)-684/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-684/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-684/2025 06.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1, Borclu X5 iştirakı ilə, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 16(012)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron rayon, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarı ilə X3 ayrılmış 0,10 ha torpaq sahəsinə tikinti işlərinin aparılmasının cavabdeh X6 qadağan edilməsi qərara alınmışdır. Maraqlı şəxs icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 16(012)-112/2024-002 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. X2 həmin qərardan şikayət verərək, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında qərarın ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(012)- 112/2024 saylı icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətini onunla əsaslandırdı ki, onun tərəfindən borclu X6 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda həmin iş məhkəmənin icraatındadır. Qeyd edir ki, məhkəmə prosesi yekunlaşanadək o, borcluya “tikinti işlərinin aparılmasının qadağan edilməsi” tələbi ilə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi təmin edilmiş və məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16(012)- 112/2024-002 nömrəli icra sənədi Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra edilmişdir. Məhkəmə işi yekunlaşmadan xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs icra məmuru Orxan Məmmədov tərəfindən “icraata xitam verilməsi” haqqında qərar qəbul edilmişdir. Lakin məhkəmə işi yekunlaşmadan icra işinə xitam verilməsi əsassız və qanunsuzdur. Hazırda iş üzrə cavabdeh olan X8 mübahisəli torpaq sahəsində tikinti işləri aparır. Bu barədə o, icra məmuruna məlumat versə də icra məmuru işə xitam verildiyindən heç bir tədbir görülə bilməyəcəyini ona bildirmiş və “icraata xitam verilməsi” haqqında qərardan şikayət verməsini ona tövsiyə etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs icra məmuru Orxan Məmmədov tərəfindən qəbul edilmiş “icraata xitam verilməsi” haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Qeyd edir ki, “icraata xitam verilməsi” haqqında qərar xx.xx.2025-ci il tarixdə rəsmi qaydada Maraqlı şəxs tərəfindən ona təqdim edilmişdir. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X8 məhkəmədən ona müvəqqəti təminat tədbiri ilə bağlı işin yekunlaşdığının və işin arxivə təhvil verildiyinin bildirildiyini qeyd etdi və şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X7 tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilmiş, Abşeron rayon, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 11 saylı qərarı ilə X3 ayrılmış 0,10 ha torpaq sahəsinə tikinti işlərinin aparılmasının cavabdeh X6 qadağan edilməsi qərara alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş, əsas kimi icra sənədində qeyd olunan tələbin borclu X8 tərəfindən tam şəkildə təmin olunduğu göstərilmişdir. Lakin müvəqqəti təminat tədbiri barədə ərizə ilə əlaqəli olan 2(012)-2294/2025 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilmədən icra məmuru qanunsuz olaraq icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu əsas gətirərək icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 16(012)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 16(012)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar