Məhkəmə qərarları › İş №8(012)-696/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-696/2025

17.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-696/2025 17.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə tələbkar Əliyeva (Məmmədova) Leyla Firudin qızının ərizəsinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə tələbkar Əliyeva (Məmmədova) Leyla Firudin qızı məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-cü il tarixli qətnaməsi ilə uşaqlar yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 525 manat sabit pul məbləğində alimentin cavabdeh Maraqlı şəxs oğlundan tutularaq ona verilməsi məbləğində alimentin məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində ona verilməsi, sonrakı artımlara da münasib olaraq indeksasiya edilməklə hesablanması və hər ay həmin məbləğin borcludan tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 ilə Maraqlı şəxs arasında bağlanmış, Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, 17 mart 2010-cu il tarixli, 137 saylı nikah qeydinin ləğv edilməsi, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X4, 19 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X6 anası X1 yanında qalmalarının müəyyən edilməsi, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X4, 19 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq, X1 xeyrinə verilməsi qət edilmişdir. 2021-ci ildə 1 uşaq üçün təyin olunmuş 120 manat aliment az miqdarda olduğundan həmin pul hal-hazırda uşaqların aylıq təlabatını ödəmir. 120 manat pula 1 uşaq saxlamaq olmur, bütün ərzaq və geyim əşyalarının qiymətləri qalxmışdır. O özü heç bir yerdə işləmir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. İcra sənədi üzrə tələbkar Əliyeva (Məmmədova) Leyla Firudin qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir. İcra sənədi üzrə borclu Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 232.2-ci maddəsinə əsasən mülki işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X3 ilə Maraqlı şəxs arasında bağlanmış, Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış, 17 mart 2010-cu il tarixli, 137 saylı nikah qeydinin ləğv edilmməsi, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X4, 19 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X6 anası X1 yanında qalmalarının müəyyən edilməsi, 17 yanvar 2011-ci il tarixdə anadan olmuş X4, 19 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq X1 xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin cavabdeh Maraqlı şəxs tutulub iddiaçı X2 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən tələbkara ödənilməli olan hər ay hər uşağa görə aylıq 175 manat sabit məbləğdə alimentin ödənilməsi qət edilmişdir. Hazırda isə tələbkar ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin 2025-ci il üzrə minimum əmək haqqına (400 manat) münasibətdə indeksasiya edilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-2-ci bəndinə əsasən məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, Ailə Məsələsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulması həyata keçirən təşkilatın müdiriyyəti (borculunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanuvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15 saylı “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” İş materiallarından görünür ki, ərizəçi (tələbkar) Əliyeva (Məmmədova) Leyla Firudin qızı alimentin indeksasiya edilməsi barədə ərizəni xx.xx.2025-ci ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin indeksasiyasının əvvəli xx.xx.2025-ci il tarixdən deyil, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhz bu səbəbə görə məhkəmə ərizənin qismən təmin edilməsi nəticəsinə gəlir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına görə Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Həmin Sərəncama edilmiş 23 dekabr 2024-cü il tarixli əlavəyə görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilən alimentin məbləğinin 2021-ci ilin minimum əmək haqqının (250 manat) 0.74 deyil, 0.70 mislini təşkil etməsi nəzərə alınarsa, hazırda alimentin məbləğinin 2025-ci ilin mimimum əmək haqqına münasibətdə qalxması (təqribən 280 manat) müəyyən olunur. Məhz bu səbəbə görə də məhkəmə ərizənin qismən təmin edilməsi nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1421/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün Maraqlı şəxs tutulan 175 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində indeksasiya olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar