Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-7/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, X3 nümayəndəsi Nümayəndə2, həmçinin, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X3 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-913/2015 saylı icra sənədindən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, X11 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən X5 çıxarılması, X8 tərəfindən əraziyə qoyulmuş vaqonun götürülərək torpaq sahəsinin X1 qaytarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi “qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, X9 28518 manatın alınaraq X7 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin torpaq sahəsindən çıxarılma, vaqonun götürülərək torpaq sahəsinin qaytarılması və 28518 manatın alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. X6 şikayət ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin tələblərinin yerinə yetirilməməsinin, yəni, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, məhkəmə qətnaməsinin yerinə yetirilməsi, yəni, məhkəmə qətnaməsi ilə iddiaçıdan 28518 manat pulun alınaraq X7 verilməsi, həmçinin, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən X8 tərəfindən əraziyə qoyulmuş vaqonun götürülməsi, torpaq sahəsinin qaytarılmasına dair icra hərəkətlərinin məcburi aparılmasının icra məmuruna tapşırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 ilə X8 arasında olan məhkəmə mübahisəsi üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi çıxarılmışdır. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi olmuşdur. Qətnamədə iddiaçının mülkiyyət hüququnun da bərpa edilməsi, cavabdeh X5 iddiaçının torpaq sahəsindən çıxarılması məsələsi olsa da, icra məmuru qanunsuz olaraq əksinə, iddiaçının mülkiyyət hüququnu pozaraq, qətnamədə iddiaçıya aid hissədə pulun ödənilməsini təmin etmək üçün boşaldılaraq iddiaçıya təhvil verilməli olan torpaq sahəsini qanunsuz olaraq hərraca satışa çıxarmış və daha sonra, cavabdehin tələbinin əvəzinə torpağın müəyyən hissəsini X7 vermişdir. Bununla da, iddiaçının mülkiyyət hüququ və aidiyyəti məhkəmə qərarlarının tələbləri pozulmuşdur. İddiaçı sorğu ilə müraciət edərək qeyd olunan icra işi ilə bağlı sənədləri istəsə də Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli xx/xx- 2451/2021 saylı məktubu ilə icra hərəkətlərinin icra məmuru Cavad Həsənova həvalə edildiyi, lakin təhvil-təslim aparılarkən həmin icra sənədlərinin aşkar edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, İcra şöbəsi öz qanunsuzluqlarını gizlətmək üçün icra sənədlərini qəsdən məhv etmiş və ya gizlətmişdir. Hazırda, icra şöbəsinin qanunsuz hərəkətləri iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Ona görə də şikayətin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X3 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi üzrə tələbkarın ərizəsində göstərdiyi hallar mvcud olmuş və icra şöbəsinin qanunsuz hərəkətləri nəticəsində vətəndaş mülkiyyət hüququndan məhrum olmuşdur. Əgər icraatda hər hansı bir iş olmamışdırsa, hansı məktublar əsasında icra hərəkətlərinin aparıldığı bəlli deyildir. Həmin sənədlər əsasında da müəyyən olunur ki, ərizəçinin mülkiyyətində olan torpaq sahəsi icra şöbəsinin 2017-ci ildə verdiyi məktub əsasında özgəninkiləşdirilmişdir. Başqa sözlə, hər hansı məhkəmə qərarı əsasında olmamışdır. Bu səbəbdən də, hesab edir ki, icra məmurunun hərəkətləri qanunsuz hesab olunmalıdır. Mübahisə ondan ibarətdir ki, qətnamə ilə tələbkar X4 Şahmərdan Məhəmməd oğlu tərəfindən vaqon götürüldüyü və torpaq sahəsini tərk etdiyi təqdirdə 28500 manat pulu verəcəyini iddia etmişdir. Lakin icra məmurunda əmlakın geri qaytarılması ilə bağlı hər hansı bir sənəd yoxdur. Əksinə, icra məmurunun həyata keçirdiyi icra tədbiri ondan ibarət olmuşdur ki, 28500 manat pulun verilməsi ilə bağlı guya, tərəfin xəbəri olmadan, hər hansı bir bildiriş olmadan, tərəfindən pulun ödənilməsi ilə bağlı tələbindən imtina edilməklə pulun qarşılığında tələbkara məxsus torpaq sahəsini qarşı tərəfə təklif etmişdir. Halbuki, heç bir hərrac olmamışdır. Reyestr Xidmətinə məktub göndərməklə torpaq sahəsinin qarşı tərəfin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Halbuki, icra mexanizminə görə bu, qanunsuzdur. İcra şöbəsi tərəfindən aparılmış qanunsuz hərəkət ondan ibarət olmuşdur ki, bilə-bilə ki, sənəd əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin qeydiyyatının aparılmasına əsas vermir, X10 torpaq sahəsinə çıxışı ola-ola çıxarış ləğv olunmadan həmin torpaq sahəsinə ikinci, yəni, icra məmurunun göstərdiyi adamın adına çıxarış verilmişdir. Halbuki, iki çıxarış vardır ki, sorğuya cavab məktubu əsasında da təsdiq olunmuşdur. X15 çıxarışı qüvvədə olduğu halda, qeyd olunan halı təsəvvür edə bilməzdi. Məhkəmə iclasında X3 nümayəndəsi Nümayəndə2 ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun icra məmurunun həyata keçirdiyi icra tədbirləri barəsində məlumatı olmamışdır. Torpaq sahəsinin özgəninkiləşdirilməsi və qiymətləndirilməsi barədə məlumat olanda aidiyyəti quruma şikayət etmişlər. Bəlli olmuşdur ki, sənəd çıxarılmış, rəsmi şəkildə icra şöbəsinə müraciət edəndə arxiv məlumatında həmin sənədin olmadığı müəyyən olunmuşdur. Tam dəqiqliklə, icra sənədinin olması barədə məlumatı yoxdur. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X20 şikayəti qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəçi tərəfindən mübahisələndirilən icra işi materialları Abşeron rayon İcra və Probasiya şöbəsində olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə icra məmuru, borclu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin şikayətlə bağlı münasibətini, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1095/2023 saylı məktuba əlavə olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli № AA 034460 saylı plan və ölçünün surətinə əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X10 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli JN-357A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X10 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 760 saylı reyestr kitabının 31 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarının surətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-913/2015 saylı icra sənədi üzrə icraata başlanılmış və icra hərəkətlərinin könüllü icra edilməsi üçün tərəflərə bildiriş göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(012)-151/2017 saylı qərardadına əsasən, Abşeron rayon İcra şöbəsinin icra məmuru X18 təqdimatı təmin edilmiş, X10 adına qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 0.6 ha hissəsinin üzərinə həbs qoyulması, tələbin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Abşeron rayon İcra şöbəsinin X7 ünvanladığı xx.xx.2017-ci il tarixli xx/xx-8107/17-5 saylı məktuba əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(012)- 151/2017 saylı qərardadına əsasən, X10 adına qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 0.6 ha hissəsinin üzərinə həbs qoyulması, tələbin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Odur ki, “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən, göstərilən əmlakın mülkiyyətə verilməsi təklif olunmuşdur. Abşeron rayon İcra şöbəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli xx/xx-8108/17-5 saylı məktuba əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(105)-913/2016 saylı icra vərəqəsinə əsasən, X9 28518 manat pul vəsaitinin alınaraq X5 xeyrinə verilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2016-cı il tarixdə İcra şöbəsinin icraatına daxil olmuş, borcun ödənilməsi barədə “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icra barədə” bildiriş “İcra haqqında” Qanunun 8-ci maddəsinin tələbinə əsasən, iş üzrə borclunun icra sənədi üzrə qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədi borclu tərəfindən könüllü icra müddətində icra olunmadığı üçün “İcra haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən, məcburi icra tədbirlərinə başlanılmışdır. Belə ki, icra sənədinin icrası ilə əlaqədar aidiyyatı qeydiyyat orqanlarına sorğular göndərilmiş, borclunun əmlak vəziyyəti yoxlanılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin sorğu cavabına əsasən, X10 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.10 ha torpaq sahəsinin qeydə alınması məlum olmuşdur. Tələbin borclunun əmlakına yönəldilməsi üçün X10 adına aşkar olunmuş 0.10 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasından ötrü xx.xx.2017-ci il tarixdə Abşeron rayon Məhkəməsinə təqdimatla müraciət olunmuşdur. Təqdimat təmin olunaraq Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(012)- 151/2017 saylı qərardadına əsasən, X10 adına olan 0.06 ha torpaq sahəsinin hissəsinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif edilmiş və tələbkar X8 xx.xx.2017-ci il tarixdə Abşeron rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borclu X10 adına olan torpaq sahəsini qəbul etməsini bildirmişdir. Belə olan halda, üzərinə həbs qoyulmuş torpaq sahəsi tələbkar X8 tərəfindən qəbul edilmiş, bu barədə akt tərtib olunmuş və digər sənədlərlə birlikdə X5 adına sənədləşdirilməsindən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Odur ki, 0.06 ha torpaq sahəsi tələbkar X5 adına sənədləşdirilməli və həbs götürülməklə həmin torpaq sahəsi ilə bağlı X5 mülkiyyət hüququnun tanınması üçün dövlət reyestrindən çıxarış sənədi verilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi X5 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 917 saylı reyestr kitabının 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(012)-851/2017 saylı qərardadına əsasən, təqdimat təmin olunmuş, X10 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardaddan sonra müəyyən olunur ki, təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2016 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə borclu X15 hal-hazırkı vaxtadək borcu ödəmir, tələbdən qəsdən boyun qaçırır, göstərilən məbləğdən ümumiyyətlə tələbkara ödəniş etməmişdir. X2 ilə alıcı X19 arasında bağlanmış xx.xx.2018-ci il vtarixli AN-İ № ******* saylı müqaviləsinin surətinə əsasən, satıcı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini alıcıya 10000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X12 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 954 saylı reyestr kitabının 88 saylı vərəqində **********1 qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 171-7C saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi şöbənin icraatında mövcud deyil və arxiv materiallarında aşkar edilməmişdir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ilkin olaraq, icra sənədi üzrə tərəflər - iddiaçı X15 ilə cavabdeh X8 arasında öhdəliyin icra edilməsi, torpaq sahəsinin qaytarılması tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-913/2015 saylı icra sənədi əsasında, X11 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən X5 çıxarılması, X8 tərəfindən isə əraziyə qoyulmuş vaqonun götürülərək torpaq sahəsinin X1 qaytarılması, qətnamənin torpaq sahəsindən çıxarılma, vaqonun götürülərək torpaq sahəsinin qaytarılması və 28518 manatın alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar borclu tərəfindən torpaq sahəsi onun qanuni sahibliyinə qaytarıldığı təqdirdə pul vəsaitinin ödənildiyi iddia edilmiş, lakin aparılmış icra tədbirləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin adına özgəninkiləşdirilməsi müəyyən olunmuşdur. Hazırda, icra sənədi üzrə tələbkar, hazırki iş üzrə X6 mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin onun məlumatı olmadan qanunsuz olaraq borclunun adına özgəninkiləşdirilməsinə dair icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə icra sənədinin qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə dair şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə əsaslanaraq, məhkəmə xüsusi ilə vurğulayır ki, məhkəmə ədalət mühakiməsini həyata keçirən orqan olaraq, tərəflərin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə onların ərizələrinə mahiyyəti üzrə baxıb obyektiv, ədalətli qərar çıxarmaqla yanaşı, həmin məhkəmə aktının vaxtında və tam şəkildə icrasına da nəzarəti həyata keçirməlidir. Məhkəmə qətnaməsinin icrasının təmini istiqamətində görülən tədbirlər iş üzrə tərəflərin hüquqlarının, azadlıqlarının və eyni zamanda, onların mənafelərinin pozulması ilə nəticələnməməli, icra sənədinin uzun müddət ərzində icra edilməməsi isə məhkəmə aktının icrasını səmərəsiz və əhəmiyyətsiz etmiş olacaqdır. Beləliklə, məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna cavab məktubu əsasında 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əlavə olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 913/2015 saylı icra sənədi Abşeron rayon İcra şöbəsinin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmaqla icra sənədi üzrə icraata başlanılmış və müvafiq qərar qəbul edilərək icra sənədi üzrə tərəflərə göndərilmişdir. İcra sənədi üzrə mübahisə predmeti olan torpaq sahəsinin üzərinə icra məmurunun təqdimatı əsasında Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(012)-151/2017 saylı qərardadına əsasən, 0.6 ha hissəsinə həbs qoyulmuş və tələbin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Sonradan, hər hansı bir hərrac təşkil edilmədən torpaq sahəsinin 0.6 ha hissəsi icra sənədi üzrə borcluya təklif edilərək borclunun adına rəsmiləşdirilmişdir. Məhkəmə şikayət və şikayətə əlavə olunmuş sənədlər əsasında ərizəçinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətinin dəlillərini araşdırmaq məqsədilə icra şöbəsinə sorğu ilə müraciət etmiş və məhkəməyə daxil olmuş Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 171-7C saylı məktubu əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-913/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra işi materiallarının şöbənin icraatında mövcud olmaması və arxiv materiallarında aşkar edilmədiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin: 14.1. maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusu ilə aidiyyəti qurum tərəfindən təqdim olunmuş məktub əsasında icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi istiqamətində müəyyən məlumatlar əldə edilmiş olsa da, göstərilən hal icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə kifayət qədər əsas vermir, mötəbər dəlil kimi nəzərdən keçirilmir. Belə ki, məhkəmə şikayətin təmin olunması istiqamətində icra işi, icra işi materialları olmadan icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilib və ya edilməməsinə hüquqi qiymət verə bilmir və icra işi materialları olmadan şikayətə mahiyyəti üzrə baxılması mümkün deyildir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında tərəflərin izahatını və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, həmçinin, şikayətə əsaslı dəlillər olmadan qiymət verilməsi mümkün olmadığından şikayət əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ: X3 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsinə dair şikayəti təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov