Məhkəmə qərarları › İş №8(012)-713/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-713/2022

28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-713/2022 28.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X3 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2022-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsini və həmin icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizəçi X3 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, o, Borclu qarşı aliment tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2924/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Qətnamədə Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 350 manat pulun ona verilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, Borclu bugünə kimi ona heç bir aliment ödənişi etməmişdir. Borclu ilə aralarında barışıq olmuşdur və o, 01 aprel 2022-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli icra sənədinə xitam verilməsi barədə ərizə ilə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, o, xitam verilməsi barədə ərizə yazdığı üçün peşmandır. Ailə vəziyyətiylə əlaqədar uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və bu səbəblərə görə 01 aprel 2022-ci il tarixli xitam qərarı ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, həmin qərar ona təqdim edilməmişdir. Qərar yalnız o, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə gedərək şikayət etdiyi zaman yəni 26 oktyabr 2022-ci il tarixdə ona təqdim edilmişdir. Bu səbəbdən şikayət müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu uşaqların faktiki ananın yanında qaldığı tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli ərizədən görünür ki, o, icra sənədində qeyd olunan tələb tam icra olunduğundan heç bir şikayəti və tələbi olmadığından Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 01 aprel 2022-ci il tarixli iş üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki,İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydası göstərilmiş və həmin qanunun 20.1.5-ci maddəsində icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsi nəzərdə tuutlmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə toplanmış, iş materialalrına əlavə edilmiş, X3 tərəfindən yazılmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi 01 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Münəvvər Abuzərova həmin ərizədə icra sənədində qeyd olunan tələb tam icra olunduğundan heç bir şikayəti və tələbi olmadığından Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş və icra məmuru tələbkarın ərizəsinə və İcra haqqında Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsaslanaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-2924/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam vermiş və bundan altı aydan çox bir müddət keçmişdir.Məhkəmə qeyd olunan faktiki halları nəzərə alaraq hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair əsaslar müəyyən edilmədiyindən X1 şikayət ərizəsi təmin edilməməli və X2 aliment tələbi ilə bağlı yenidən Borclu qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Yuxarıda göstərilənlərə əsasən İcra haqqında Qanunun 20-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi X1 Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 01 aprel 2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair şikayət ərizəsi təmin edilməsin və X2 aliment tələbi ilə bağlı yenidən Borclu qarşı iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar