Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-717/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi (tələbkar) İddiaçı, Borclu Cavabdeh iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 295/2022 saylı qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə İddiaçı tərəfindən verilmiş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə ərizəçi (tələbkar) İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 22380 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 nömrəli qətnaməsi uzun müddət icra edilmədiyindən həmin qətnaməyə əsasən borclu Cavabdeh onun xeyrinə tutulmalı olan cəmi 22410 manatın ödənilməmiş hissəsinin - 22360 manatın indeksasiya olunması barədə qətnamə çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ərizəçi (tələbkar) İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, borclu X1 onun xeyrinə tutulmalı olan 18968 manat məbləğin indeksasiya olunması qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi (sədr X3) əsasında onun Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən təmin edilərək Cavabdeh 24350 manat və 30 manat dövlət rüsumu - cəmi 24380 manat alınaraq ona verilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 nömrəli qətnaməsi (sədrlik edən hakim X4) ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək onun Cavabdeh qarşı 5.96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat - cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin - torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməmişdir. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4638/2022 nömrəli qərarı (sədrlik edən hakim X2) ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 nömrəli qətnaməsi üzrə borclu Cavabdeh 22380 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair xx.xx.2022-ci il tarixli icra vərəqəsi verilmişdir. İcra vərəqəsi üzrə qanunla müəyyən olunmuş bəzi icra tədbirləri görülsə də, borclu tərəfindən icra sənədindəki tələb təmin edilməmişdir. Borclu Cavabdeh məxsus tələbin yönəldilə biləcək pul vəsaiti və əmlakı aşkar edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-298/2024 nömrəli qərardadı əsasında borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bu günədək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 nömrəli qətnaməsi üzrə xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə ona ödənilməli olan 22380 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu məbləğindən Cavabdeh tərəfindən cəmi 50 manat ödəniş edilmişdir. Bu barədə Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, 247150 nömrəli arayış verilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçi (tələbkar) İddiaçı ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, borclu 3391 manat əldən çıxmış fayda kimi ödəniş etmişdir. Ödəniş İsmayıllı rayon icra şöbəsində olan başqa işlə əlaqədardır. Qərar bu il verilmişdir. Məhkəmə iclasında borclu Cavabdeh izahatında bildirmişdir ki, aralarında mübahisə var. Şəki Apellyasiya Məhkəməsinin icraatında işləri var. Nağd ödəniş edə bilməmişdir. 22380 manat pul olmuş, icra şöbəsinə gedəndə cəmi 50 manat ödəniş etmişdir. Məhkəmə prosesləri davam etdiyinə görə ödəniş edə bilməmişdir. 3392 manat iddiaçının hesabından silinərək ona ödənilməlidir, digər işdə qərar belə olmuşdur. Bu ilin iyul ayında qərar qəbul edilmişdir. Maraqlı şəxs ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunmalıdır. -İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-212/2021 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 24350 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 24380 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı 5.96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməməsi, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4638/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı icra vərəqəsindən görünür ki, İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)- 212/2021 nömrəli qətnaməsinin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənilmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı 5.96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə tələbi həmin – torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manatın təmin edilmiş 2000 manata aid hissəsində də təmin edilməməsi, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi - Cavabdeh 22350 manat və 30 manat dövlət rüsumu – cəmi 22380 (iyirmi iki min üç yüz səksən) manat alınaraq İddiaçı verilsin) qərara alınmışdır. -“Azərbaycan Respublikasında istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator”da hesablamanın nəticəsindən müəyyən edilmişdir ki, 2025-ci ildə noyabr ayında 2022-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 114.1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 14.1 faiz artmışdır. -Maraqlı şəxs xx.xx.2025-ci tarixli sorğuya cavab məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-295/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh cəmi 22380 manat pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Beləliklə, icra işi materiallarında olan sənədlərə əsasən, borclu icra sənədi üzrə borcundan cari tarixədək ümumiyyətlə ödəniş etməmiş və bununla əlaqədar xx.xx.2024- cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat cərimə, xx.xx.2025-ci il tarixdə isə İXM-nin 528.1-1-ci maddəsi təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Mülki Prosessual Məcəllənin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Həmçinin sözügedən Qərarda qeyd olunmuşdur ki, indeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülkihüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. indeksasiya ilə bağlı ərizənin hansı andan etibarən verilməsinin mümkünlüyü məsələsinə gəldikdə isə göstərilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllənin 232-ci maddəsində indeksasiyanın həyata keçirilməsini qətnamənin icrası mərhələsi ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 233.1-cı maddəsi ilə həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin məhz qanuni qüvvəyə mindikdən sonra icra edildiyi təsbit edilmişdir. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. İndeksasiyanın iqtisadi meyarı və hesablanma qaydasına gəldikdə isə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində bu qaydalar nəzərdə tutulmadığı halda, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Qanunla bu tənzimetmə qaydaları müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən qanunvericilik aktları üzrə indeksləşdirmənin obyektləri fərqli (Qanunun 3-cü maddəsində indeksləşdirmənin obyektləri sırasında vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlər, qətnamənin icrası zamanı tutulmalı pul məbləğləri nəzərdə tutulmamışdır) olsa da, hər iki halda bu təsisat inflyasiya nəticəsində pulun alıcılıq qabiliyyətinin qorunması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş mexanizm kimi çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə qətnamələri üzrə tutulmalı olan pul məbləğlərinin qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunda müəyyən olunan meyarlara və hesablanma qaydalarına əsasən həyata keçirilməlidir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanununun 2-ci maddəsinə əsasən, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. İşin faktiki hallarından müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı qətnaməsi ilə borclu Cavabdeh cəmi 22380 manat pul vəsaitinin tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Sözügedən qətnamə icra olunması üçün göndərilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı qətnaməsi üzrə borclu tərəfindən hər hansı bir ödəniş edilmədiyi Maraqlı şəxs tərəfindən verilmiş borcun ödənilməməsi barədə məktubunda öz təsdiqini tapmışdır. Lakin hazırda tələbkar izahatında borclu tərəfindən borcundan müəyyən ödənişlərin edildiyi bildirilmiş, ödənilməli olan 18968 manat məbləğində pulun indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytında yerləşdirilmiş istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyatora əsasən müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı qətnaməsinin icraya yönəldiyi tarixdən səviyyəsi 114.1 faiz artmışdır. Belə olduğu təqdirdə ödənilməli olan 18968 manat məbləğində pulun indeksasiyası aşağıdakı kimi hesablamalıdır: 18968 manat x 114.1 : 100 = (21642.488 manat) ≈ 21642.50 manat Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-295/2022 saylı qətnaməsi ilə ödənilməli olan 18968 manat pul vəsaitinin indeksasiyası aparılmalı, indeksasiya əsasında müəyyən edilmiş 40610.50 manat borc vəsaiti borclu Cavabdeh tutularaq tələbkar İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)- 295/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş ödənilməli olan 18968 manat məbləğində pul vəsaitinin 114.1 faiz həddində indeksasiyası aparılsın. İndeksasiya əsasında müəyyən edilmiş 21642.50 manat məbləğində pul vəsaiti borclu Cavabdeh tutularaq ərizəçi (tələbkar) İddiaçı verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-717/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-717/2025
10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver