Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-722/2025 18.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1, Tələbkar vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin 6 ay ərzində icra edilməsi (möhlət verilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, iddiaçı Tələbkar ona qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m. olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh Təvəkül Nəsibovun çıxarılması, fərdi yaşayış evinin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında o, Tələbkar qarşı (Bakı Şəhəri 14 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunaraq Tələbkar ilə onun arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 08 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1260/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, Tələbkar ilə Təvəkül Nəsibov arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 08 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi, qarşılqılı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh Təvəkül Nəsibovun çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq Dilarə Mahmudovaya təhvil verilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət olunmuşdur. O, qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edir ki, hazırda onun 78 yaşı vardır və özü də xəstədir. O, bugünə qədər digər mənzil tapa bilməmişdir. O, qəbul olunmuş qətnaməyə hörmətlə yaşayır və qətnamənin icra olunmasına heç bir etirazı yoxdur. Sadəcə həm xəstəliyi, həm də digər mənzil ilə təmin olunması ilə bağlı ona 5-6 aylığına möhlət verilməlidir. Belə ki, o, həm sağalsın, həm də özünü digər mənzillə təmin edib könüllü olaraq mənzili təhvil versin. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Tələbkar vəkili-nümayəndəsi Vəkil etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, ərizəni əsassız hesab edir və qeyd edir ki, bu ərizəni verməkdə məqsəd X6 mülkiyyətində olan fərdi yaşayış evinin təhvil verilməsinin gecikdirilməsi və məhkəmə qətnaməsinin icrasına mane olmaqdır. Belə ki, sözügedən fərdi yaşayış evi ilə bağlı Tələbkar ilə X5 arasında Bakı şəhəri 14 saylı notariat ofisində, reyestrdə 4Ə-836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. X5 evi təhvil vermədiyinə görə tərəflər arasında mübahisə başlanmış və həmin mübahisə, 3 ildir ki, davam edir. Yuxarıda qeyd etdiyi kimi ərizəçinin niyyəti məhkəmə qətnaməsinin icrasına mane olmaq və icranı gecikdirməkdir. Göründüyü kimi X8, 3 ildir ki, mülkiyyətindən məhrum olmuşdur. Məhkəmə qətnaməsinin icrasına möhlət verməklə, X6 mülkiyyət hüququnun pozulmasının davam etdirilməsinə şərait yaradılacaqdır. Bunu da qeyd edir ki, ərizədə qeyd olunanlar (ərizəçinin yaşı, ev tapmaması və s.) 3 il müddətində həll oluna bilərdi. Ərizəçi hazırkı ərizədə qeyd olunan məsələləri həll etməkdənsə, əsassız məhkəmə mübahisələrini açmış, mülkiyyətçini vaxt itkisinə və əsassız prossesual tədbirlərə məruz qoymuş və bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Odur ki, qeyd edilənlərə əsasən o, X1 məhkəmə aktının icrasına möhlət verilməsinə dair ərizəsinin rədd edilməsini xahiş etdi. Maraqlı şəxs icra məmuru məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1260/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan 0,06 ha torpaq torpaq sahəsindən ilkin iddia üzrə cavabdeh X3 çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ilkin iddia üzrə iddiaçı Tələbkar təhvil verilməsi barədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Tələbkar ilə X5 arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, reyestrdə 4Ə- 836 nömrə ilə qeydə alınmış 8 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1260/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Tələbkar X4 qarşı fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən cavabdeh X3 çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq X7 təhvil verilməsi, iddiaçı X3 Tələbkar qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1820/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, ərizəçinin və tələbkarın vəkili-nümayəndəsinin izahatını dinləyib qətnamənin icrasına möhlət verilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 177,7 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinə aid olan torpaq sahəsindən çıxarılması, həmçinin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılaraq tələbkar X7 təhvil verilməsi qət edilmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuni qüvvəsini almasından uzun bir müddət keçməsi nəzərə alınsa, hazırkı vəziyyətdə qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətinin pozulması ilə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 231.1ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin maddədə nəzərdə tutulan məhkəmə aktının icrasına möhlət verilməsi icra hərəkətlərinin daha gec bir vaxta keçirilməsi kimi başa düşülür. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Qeyd olunan xüsusatlar məhkəməyə ərizənin rədd edilməsinə əsas verdiyindən, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin pozulması ilə, həmçinin tələbkarın pozulmuş hüquqlarının müdafiəsinin qeyri-müəyyən müddətə uzadılması ilə nəticələndiyindən məhkəmə ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1820/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-722/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-722/2025
18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver