Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-723/2022 14.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu iki uşağın saxlanılması üçün hər ay cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Həmçinin, tələbkara olan borcundan borclu heç bir ödəniş etməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikası hüdudlarından getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Borclu alimenti tam şəkildə ödəməmiş və hazırki müddətə kimi borclunun 1347 manat borcu vardır. Borc məbləğində hər hansı bir dəyişiklik yoxdur. Borclu hər ay müntəzəm olaraq, bəzən isə hissə-hissə ödənişlər edirdi. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi üzrə Borclu hər ay 200 manat ödəniş etmiş və sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə 400 manat, ondan əvvəl isə 320 manat ödəniş etmişdir. Başqa sözlə, o, özü də işləsə də, uşaqların saxlanılmasını maddi cəhətdən təmin etmək çox çətindir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, hazırda, taekvando Federasiyasında idman müəllimi işləyir, idman zalı icarəyə götürmüş, lakin oradan maaş almır. O, alimenti ödəyir, lakin vaxtında ödəyə bilmir. Uşaqları yarışa aparmaq üçün xarici ölkələrə gedib-gəlir. Anası xəstə olduğundan anasına o baxır, banka isə kredit ödəyir. Bu səbəbdən də ödənişlər etmək onun üçün çox çətindir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4214/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin on gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. -Borclu tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, borclu tərəfindən Tələbkar hesabına aliment ödənişinə görə 400 manat ödənilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-723/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-723/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver