Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-725/2025 30.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(012)-25/2013 saylı məhkəmə əmrinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası barədə Tələbkar tərəfindən verilmiş ərizəyə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə ərizəçi (tələbkar) Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-25/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 481 manat məbləğin indeksləşdirilərək 2013-cü ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayınadək 210.1 faiz artımı (481 manat x 210.1 % = 1010.58 manat) nəzərə alaraq, cəmi 1491.58 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs və icra sənədi üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizəçi (tələbkar) Tələbkar xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, indeksasiya ilə bağlı müraciət olunmuş ərizəyə münasibət bildirmədən (baxılmadan) geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi (tələbkar) ərizənin qaytarılmasını xahiş etdiyindən, borclu tərəfindən işə baxılması yönündə hər hansı iradə ifadəsi bildirilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Tələbkar ödənilməli olan pul məbləğinin indeksasiya olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-725/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-725/2025
30.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver