Məhkəmə qərarları › İş №8(012)-729/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-729/2025

11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-729/2025 11.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Maraqlı şəxs böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2365/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 09 yanvar 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 8125,24 (səkkiz min yüz iyirmi beş ABŞ dolları -24 sent) ABŞ dolları əsas, 3715,01 (üç min yeddi yüz on beş ABŞ dolları -01 sent) ABŞ dolları faiz, 9,77 (doqquz ABŞ dolları - 77 sent) ABŞ dolları cərimə, cəmi_ 11850,02 (on bir min səkkiz yüz əlli ABŞ dolları- 02 sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq ödənilməklə alınaraq, iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi cavabdehdən alınaraq, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qərara alınmışdır. Maraqlı şəxs böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Maraqlı şəxs böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2-040-2365/2017 nömrəli, xx.xx.2017-cü il tarixli icra sənədinə əsasən Borclu 11850.02 ABŞ dolları pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" ASCnin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi Maraqlı şəxs icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2365/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx xxxxxxxx 1971-ci il təvəllüdlü, Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olmuş, Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 22-də yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-2365/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx xxxxxxxx 1971-ci il təvəllüdlü, Kəlbəcər rayonunun Qılınclı kəndində anadan olmuş, Kəlbəcər rayonunun Qılınclı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 22-də yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar