Məhkəmə qərarları › İş №8(012)-732/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-732/2022

21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-732/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu1 iştirakı ilə, Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu1 xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat məbləğində alimentin tutularaq Tələbkar2 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü Məhərrəmli Zümrüd (Ayan) Faiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu1 hər ay 120 manat məbləğində alimentin tutularaq Tələbkar2 ödənilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu1 xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Borclu2 ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2875/2011 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2034/2021 saylı, xx.xx.2021-ci il tarixli, Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən borclu fiziki şəxs xx.xx.1974-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Borclu1 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu1 xx.xx.2011-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 manat məbləğində alimentin tutularaq Tələbkar2 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2034/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü Məhərrəmli Zümrüd (Ayan) Faiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu1 hər ay 120 manat məbləğində alimentin tutularaq Tələbkar2 ödənilməsi qərara alınmışdır. Masallı rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu1 xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Borclu2 ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədləri müxtəlif tarixlərdə Abşeron rayon icra və probasiva şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim olunmuşdur. Lakin borclu hazırkı günədək aliment üzrə vaxtı-vaxtında ödənişlər etməmiş və nəticədə qeyd olunan icra sənədləri üzrə 5000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu1 ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu1 məhkəmə iclasında izahatında bildirdi ki, o, alimenti ödəyir. O, işləmədiyi müddətdə borc yığılmışdır. Odur ki, o, təqdimatın təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu1 tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4da yaşayan Borclu1 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2011 saylı, xx.xx.2011-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2034/2021 saylı, xx.xx.2021-ci il tarixli və Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4da yaşayan Borclu1 ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar