Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-738/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İcra məmuru Vadim Əliyevin, Borclu nümayəndəsi X1, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırdı ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək aliment üzrə vaxtıvaxtında ödənişlər etməmiş və nəticədə aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, adma “VAZ 21063” minik markalı. **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Qeyd olunan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(012)-451/2020 saylı qərardadı ilə təqdimat təmin edilərək qeyd olunan avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan başqa icraat zamanı müəyyən olunmuşdur ki, Borclu tez-tez ölkə hüdudlarını tərk edir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Bunlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, borclu borcunu tam ödəmişdir. Odur ki, o, təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında və ünvanladığı ərizədə bildirdi ki, Borclu tərəfindən ona aliment borcu tam ödənilmişdir. Bu səbəbdən, o, təqdimatın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, təqdimatı və iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Lakin Tələbkar məhkəmə iclasında izahatında və ünvanladığı ərizədə Borclu tərəfindən aliment borcunun tam ödənildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsi üzrə borc tam ödənildiyindən hazırda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində icra hərəkətinin həyata keçirilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-738/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-738/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver