Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-744/2022 30.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkarlar Tələbkar1 və Tələbkar2 iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-5107/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 27530 manat pul vəsaitinin tutularaq Tələbkar1 ödənilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə Borclu 3030 manat pul vəsaitinin tutularaq Tələbkar2 ödənilməsi qət olunmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 5107/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 27530 manat pul vəsaitinin tutularaq Tələbkar1 ödənilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə Borclu 3030 manat pul vəsaitinin tutularaq Tələbkar2 ödənilməsi qət olunmuşdur. İcra sənədləri xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclu istifadəsində olan mobil nömrələr ilə əlaqə saxlanılmış, həmçinin, borcluya dəfələrlə sms-bildiriş göndərilmişdir. Lakin o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda, Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar1 təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclu on ildən artıq müddətdir ki, ondan dələduzluq yolu ilə 27500 manat pulunu almış, onu uzun müddət aldatmış, pulunu qaytarmamış, polisə şikayət etmişdir. Borclu ona olan borcundan 12000 manata qədər pulu az-az olmaqla ödəmiş, lakin təxminən iki il müddətdir ki, ödənişlər etmir. Məhkəmə iclasında Tələbkar2 təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclunun ona 3030 manat borcu vardır. İcra məmuru borclunu çağırmış, tədbirlərini görmüşdür. Borclunun əmlakı tapılmışdır. Təqdimatı vermiş şəxs və iş üzrə borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə tələbkarların izahatını dinləyib, təqdimat və təqdimata əlavə olunmuş materialları araşdırıb belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli və xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarların və həmin tarixli bildirişlərin surətindən görünür ki, həmin tarixdə icra sənədləri üzrə icraata başlanılmış, Borclu icra sənədlərinin icra olunması barədə məlumat verilmiş, lakin üzrsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədlərini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədlərini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-5107/2016 saylı, xx.xx.2016-cı il tarixli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq xx.xx.1974-cü il tarixdə Lerik rayonu Züvüç kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan borclu Həsənov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-744/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-744/2022
30.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver