Məhkəmə qərarları › İş №8(012)-745/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-745/2025

16.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-745/2025 16.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Goranboy Rayon Notariat Kontorunun 8İ-3162 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Goranboy rayon Notariat Kontorunun 8İ-3162 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tələbkar tərəfindən 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4425 manat pul tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Şəhriyar Əhmədov təqdimatı onunla əsaslandırmışdır ki, Goranboy rayon Notariat Kontorunun 8İ-3162 saylı,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tələbkar tərəfindən 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 4425 manat pul tutulması qət edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs Borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki borclu, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Göstərilənləri nəzərə alaraq, Goranboy rayon Notariat Kontorunun 8İ-3162 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu fiziki şəxs xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Goranboy Rayon Notariat Kontorunun 8İ-3162 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1991-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş və ünvan 1 qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Goranboy Rayon Notariat Kontorunun 8İ-3162 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1991-ci il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş və ünvan 1 qeydiyyatda olan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar