Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-746/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 8(008)-435/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4415/2017 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi 18800 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulub Tələbkar verilməsi qərara alınmışdır. Sabunçu Rayon Məhkəməsinin 8(008)-435/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4415/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borcluya məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi və Sabunçu Rayon Məhkəməsinin 8(008)- 435/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4415/2017 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi 18800 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulub Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Sabunçu Rayon Məhkəməsinin 8(008)-435/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4415/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi Borclu tərəfindən tam şəkildə icra olunduğu bildirilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Tələbkar tərəfindən xx.xx.2022-ci il tarixində yazılmış ərizədən görünür ki, o, məhkəmə qərarı tam şəkildə icra olunduğu üçün xitam verilməsini xahiş etmişdir. Borclu ona heç bir borcu yoxdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış olur və həmin avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 8(008)-435/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-746/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-746/2022
21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver