Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-748/2025 11.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, “İcra sənədinin qaytarılması haqqında” qərarın ləğv edilməsi barədə Tələbkar şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərarını ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)- 4206/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsi barədə Tələbkar şikayət ərizəsi Abşeron rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, şikayətin məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Belə ki,şikayət ərizəsi araşdırılarkən müəyyn edilir ki, Musayev X1 rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərarını ləğv edilməsi xahiş etsədə,ləğv edilməsi xahiş olunan qərarın tarixini göstərməmiş,həmçinin həmin qərarın surəti iş materialalrına əlavə edilmədiyindən qərarın tarixinin müəyyən edilməsi mümkün deyildir. Bundan başqa İcra haqqında Azərbaycan Respublikasının qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayət ərizəsinin məzmunundan “İcra sənədinin qaytarılması haqqında” qərarla bağlı məlumatın xx.xx.2025-ci il tarixdə, e-mail vasitəsilə rəsmi qaydada tələbkara məlumat verildiyi göstərilsədə,lakin həmin halı təstiq edən sənəd iş materialalrına əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları məhkəmə ərizəçi tərəfindən iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl edilməməsi kimi qiymətləndirir və məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 151-152-ci maddələri hazırki işə analogiya üzrə tətbiq edilməklə Tələbkar şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərarını ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)- 4206/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi barədə Tələbkar şikayət ərizəsini geri qaytarılsın. Tələbkar şikayət ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin.. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-748/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-748/2025
11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver