Məhkəmə qərarları › İş №8(012)-75/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-75/2023

14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-75/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-2819/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə, cəmi 450 manat sabit pul məbləğində aliment Borclu Tələbkar xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2819/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə, cəmi 450 manat sabit pul məbləğində aliment Borclu Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-2819/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclu icra sənədi üzrə ödəniş etməmişdir. Hazırda, hesab edir ki, borclu pul verməmək xatirinə ölkəni tərk etmək niyyətindədir. Bu səbəbdən də, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulmasını istəyir. İcra sənədi üzrə icra məmuru və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Borclu Abşeron rayon Məhkəməsinin 2(012)-2819/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1991-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi, 6 saylı evin 17 saylı mənzilində qeydiyyatda olan və yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar