Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-762/2025 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakı ilə, Ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 18 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 93 manat aliment məbləğinin 2025-ci il üzrə minimum əmək haqqına (400 manata) münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onunla Borclu arasında Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 yanvar 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 18 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 onun himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 93 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-сi maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Bildirir ki, o, indiyədək övladını tək özü saxlamışdır. Borclu son dövrlərdə hər dəfə 50 manat olmaqla, bir neçə dəfə ödəniş etmiş, uşaq xəstələndikdə isə bir neçə dəfə 100 manat ödəmişdir. Aliment təyin edildiyi ildən, yəni 2013-cü ildən sonra o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Əvvəllər o, əczaçı kimi işləsə də hazırda heç bir yerdə işləmir. Artıq 15 ildir ki, o, övladına baxır və uşağa tək baxmaq olduqca çətindir. Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsində aliment sabit pul məbləğində müəyyən edilmişdir və ona görə də hesab edir ki, aliment məbləğinin indeksasiyası həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, o, 2-ci qrup əlildir, heç bir yerdə işləmir və dövlət tərəfindən müavinət alır. Buna baxmayaraq o, məhkəmə tərəfindən təyin edilmiş 93 manat sabit pul məbləğində alimenti vaxtında ödəmişdir. O, qarşı tərəfə çeklərə əsasən 2543 manat pul vermişdir, lakin etdiyi digər ödənişlərin qəbzi onda deyildir. Məlumat üçün bildirir ki, qətnamə əsasında verilmiş icra sənədi üzrə icra işinə xitam verilmişdir, lakin icra məmuru hazırda onun həmin icra sənədi üzrə 19000 manat borcu olduğunu bildirmişdir. Odur ki, göstərilənlər əsasında o, ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Borclu ilə X4 arasında Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 yanvar 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 18 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 anası X1 himayəsində saxlanılması və 18 yanvar 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 93 manat miqdarında aliment tutularaq, X3 verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 25 sentyabr 2012-ci il tarixdən hesablanması və iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını və işin faktiki hallarını tədqiq edərək hesab edir ki, ərizəçi Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini nəzərə alaraq belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 18 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA A L D İ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən 18 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu ərizəçi Tələbkar xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,9 misli həddində indeksasiya olunsun. Qərardad qanuni qüvvəsini aldığı gündən indeksasiya olunmuş alimentin tutulması hesablansın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-762/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-762/2025
13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver