Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-763/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar Qədimli (Məmmədli) Azadə Xəqani qızının, Borclu iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-2530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da, o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-2530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, təqdimatın verilməsini o, özü xahiş etmişdir. Borclu 4 ildir ki, ölkədə olmamış və uşaqlara o, özü baxmışdır. Borclu çətinliklə aliment ödəyirdi. Müharibə olduğundan borclu ölkəyə geri qayıtmaq məcburiyyətində qalmışdır. Birlikdə alınmış ev borclunun anasının adına olmuş və borclu evi satmışdır ki, uşaqlara ev alsın. O, özü ev almış olsa da, xərclərini tam ödəyə bilməmişdir. Valideynləri ona kömək etmişdir. Əvvəl Təhsil Nazirliyində işləmiş, həmin iş yerindən çıxıb hazırda, gözəllik salonunda işləyir. Borclunun 1500 manat borcu qalmışdır. Borclu hər ay davamlı şəkildə ödəniş etməmiş, ona barışıq təklif etsə də, o, buna razı olmamışdır. Əsas məqsəd məktəbdə oxuyan uşaqlarının maddi ehtiyacının təmin edilməsidir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hazırda, işləmir. Rusiyada olanda işləyib pul göndərmişdir. 4000 manat borcunu endirib 1500 manata çatdırmışdır. Onun adına hər hansı daşınmaz əmlak yoxdur. Oktyabr ayının 10-da o, Bakıya gəlmiş, oktyabr ayının 24-25-də əməliyyat olunmuş və həkim ona 2-3 ay işləməməyi tövsiyyə etmişdir. Sözügedən borcu o, may ayında verə bilər. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2530/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin on gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 20 saylı evin, 70 saylı mənzilində qeydiyyatda olan və yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-763/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-763/2022
12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver