Məhkəmə qərarları › İş №8(012)-764/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-764/2022

05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-764/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, X1, Tələbkar X4 iştirakı ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(102)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə başlanılmış icraatın X4 adına verilmiş Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində qaldırdığı iddia tələbinə dair mübahisəyə və Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-4359/2022 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək dayandırılması barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 2(102)-675/2022 saylı icra sənədi üzrə başlanılmış icraatın X4 adına verilmiş Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində qaldırdığı iddia tələbinə dair mübahisəyə və Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-4359/2022 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron rayon məhkəməsində xx.xx.2022-ci il tarixli 2(102)-675/2022 saylı qətnaməsi ilə onun, X12, X11 və X7 iddiaçı X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin qətnamə qəbul edilərkən X4 mülkiyyət hüququ əldə etmə əsasları və çıxarışın qanuniliyi araşdırılmamışdır. Odur ki, o, Sumqayıt İnizbati Məhkəməsinə X4 adına verilmiş Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. Ondan əlavə hazırda Abşeron rayon məhkəməsində (sədrlik edən Məlahət Abbasova) onun X2rşı evə çəkilmiş təmir xərclərinin qaytarılması və pulun tutulması ilə evdən çıxarılma barədə qətnamənin eyni vaxtda icra olunmasına dair iddia tələbi vardır. (iş nömrəsi 2(012)- 4359/2022) İcraatın dayandırılması üçün icra məmuru Kənan Abdullayevə müraciət edilsə də, icraatın dayandırılmasından imtina edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat dayandırılmalıdır. İcra vərəqəsindən və Abşeron rayon məhkəməsinin 2(102)-675/2022 sayı qətnaməsindən də görünür ki, icra sənədin verilməsinə əsas olmuş tələbin əsasında borclunun mənim və ailə üzvlərimin yaşadığı Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququnun olması dayanır. Sumqayıt İnzibati Məhkəməsinə ünnvanlanmış, qaldırılmış iddia ərizəsindən də görünür ki, o, borclunun mülkiyyət hüququnu mübahisələndirmiş və Raisa Şarikovanın mülkiyyət hüququ barədə verilmiş çıxarışın ləğv olunması barədə iddia təlləbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-4359/2022 mülki iş üzrə iddia tələbi də məhz təmir xərcinin tutulması ilə evdən çıxarılma tələbinin eyni vaxtda icra edilməsidir. Yəni hər iki iddia tələbi üzrə qaldırılan mübahisə birbaşa olaraq xx.xx.2022-ci il tarixli 2(102)-675/2022 icra sənədinin verilməsinə əsas olmuş tələbə dairdir. Belə olanda İcra haqqında Qanunun 17-ci maddəsinə əsasən mütləq qaydada icra sənədi üzrə icraat dayandırılmalıdır. İcra haqqında qanunun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraat dayandırılmalıdır. MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır İcra uzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. X13 Aleksandrovna məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(102)-675/2022 saylı icra sənədi icra olunmur. Abşeron rayon məhkəməsinin icraatında X9 ona qarşı iddiası üzrə 2(012)-4359/2022 saylı mülki iş vardır. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-675/2022 saylı icra sənədindən görünür ki, X9, X12, X11 və X8 iddiaçı X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, ev 4, 15 saylı mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçılar X10 və X12 cavabdeh X2rşı iddia tələbiylə müraciət edərək, X5 15343 manat pul vəsaitinin alınaraq onlara ödənilməsi, pulun ödənilməsi ilə onların ünvan 2 ünvanında yerləşən evdən çıxarılmaqlarının eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuş ərizədən görünür ki, iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi və üçüncü şəxs X2rşı tələb ilə müraciət edərək, X4 adına verilmiş Xırdalan şəhəri, 28-ci məhəllə, bina 4, mənzil 15 ünvanında yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini və tələbkarı dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Qanununun 17-ci maddəsində icraatın dayandırılmasının məcburiliyinin əsasları və “İcra haqqında” Qanununun 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmiş,o cümlədən “İcra haqqında” Qanununun 21-ci maddəsində icraatın dayandırılması haqqında məsələyə baxılmasının qaydalarını tənzimləyən normalar göstərilmişdir. “İcra haqqında” Qanununun 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında” Qanununun 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarını tələbinə görə məhkəmənin yalnız “İcra haqqında” Qanununun 18-ci maddəsindən irəli gələn tələblər üzrə müvafiq işlərə baxılması nəzərdə tutulduğundan və işin faktiki hallarından göründüyü kimi X1 ərizəsindəki göstərdikləri hallarla bağlı işlərə baxılması “İcra haqqında” Qanununun 18-ci maddəsinin tələbləri ilə uyğun gəlmədiyindən,məhkəmə ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(102)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə başlanılmış icraatın X4 adına verilmiş Xırdalan şəhəri 28-ci məhəllə bina 4 mənzil 15 ünvanda yerləşən mənzilə dair xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsində qaldırılan iddia tələbinə dair mübahisəyə və Abşeron rayon məhkəməsinin icraatında olan 2(012)-4359/2022 saylı mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar