Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-768/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu uşagın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2887/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu uşagın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi Zərdab rayon İcra və Probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası iə bağlı bildiriş borcluya şəxsən təqdim edilmişdir. Bir müddət sonra borclunun olduğu yer dəyişdiyindən icra sərədi Abşeron rayonuna ərazi aidiyyəti üzrə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi icraata daxil olduqdan sonra borclu şöbəyə dəvət edilmiş, lakın o icra məmurunun çağırışlarına müxtəlif bəhanələr gətirərək gəlməmiş və olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarış haqqında qərar qəbul edilirək icra edilməsi üçün Zərdab rayon Polis şöbəsinə göndərilmişdir. Beləliklə xx.xx.2025-ci il tarixdə borclunun olduğu ver müəyyən edilərək polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş, həmin tarixə 9449 manat aliment borcunun olması müəyyən edilmişdir. Belə olan halda borclunun izahatı alınmış və tələbkarın razılığı ilə aliment borcunun ödənilməsi üçün ona müddət muyyən edilmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq məhkəmə qərarı borclu tərəfindən icra edilməmişdir. Cari tarixə olan aliment borcu 9889 manat təşkil edir. Məhkəmə qərarının icrasını təmin etmək, məqsədi ilə borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular edilmiş, lakin tələbin yönəldilə biləcək əmlak və ya gəlir aşkar edilməmişdir. Вeləliklə təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarını icra etməmiş, aliment borcu artmaqda davam etmiş, aliment borcunun edənilməsi istiqamətində hər hansı bir tədbir görməmiş və bir sözlə o, icra sənədinin icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirmişdir. Borclunun ölkəni tərk etmək ehtimalının qarşısını almaq və icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, 4-5 ay bundan əvvəl 9000 manat borcu var idi. Heç bir aliment ödəmir. Narkotik vasitələrindən istifadə edir. 2 azyaşlı uşağı var, çox az miqdarda aliment ödəyib. Odur ki, göstərilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib təqdimatı tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1992-ci il təvəllüdlü, Zərdab rayonu, Çallı kəndində anadan olmuş, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1992-ci il təvəllüdlü, Zərdab rayonu, Çallı kəndində anadan olmuş, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivində yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-768/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-768/2025
05.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver