Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-771/2025 05.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-4470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Elşən Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Abşeron Rayon Məhkəməsinin 2(012)-4470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Bir müddət sonra icra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə borclu şöbəyə dəvət edilmiş, lakin o icra məmurunun çağırışı üzrə gəlmədiyindən eyni zamanda olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2025-ci il tarixdə barəsində axtarış qərarı qəbul edilmiş və yekunda xx.xx.2025-ci il tarixdə polis tərəfindən şöbəyə təhvil verilmişdir. Bundan sonra icra sənədini icrası ondan tələb edilmiş və aliment borcundan ümumiyyətlə ödəniş etməməsi məlum olduğu təqdirdə barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və başladığı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, məhkəmə qərarı borclu tərəfindən icra edilməmişdir. Son tarixə olan aliment borcu 13826 manat təşkil edir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş, lakin tələbin yönəldilə biləcək əmlak və ya gəlir aşkar edilməmişdir. Beləliklə, təqdimatdan və ona əlavə olunmuş sənədlər görünür ki, borclu inzibati qaydada həbs olunmsına baxmayaraq, bundan nəticə çıxarmamış, aliment borcundan ödəniş etməmiş, borcu artmaqda davam etmiş və bir sözlə o, icra sənədinə münasibətdə hərəkətsizlik və qərəzlilik nümayiş etdirmişdir. Borclunun ölkəni tərk etmək ehtimalının qarşısını almaq və icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-4470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədlərinin icrasını təmin etmək üçün xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1987-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-771/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-771/2025
05.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver