Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-778/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Tələbkar və onun vəkili-nümayəndəsi X1, Maraqlı şəxs icra məmuru X4 iştirakı ilə, Ərizəçi Tələbkar Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 4174/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxs (icra məmuru Vadim Əliyevin) xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi Tələbkar şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsində onun cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş ilə bağlı "xxxx" MMC-nin MPM-in 78.4-cü maddəsinə əsasən 500 manat miqdarında cərimə, eyni zamanda iddia ərizəsi üzrə zərurət yarandığından iddiaçının işdən çıxarılmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin cavabdeh təşkilatdan alınması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair xx.xx.2023-cü il tarixli, 2(012)- 4174/2023 saylı qərardad çıxarılıb icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmiş, icra sənədi hərəkətsiz saxlanılaraq, tələbin icrası həyata keçirilməmişdir. Cavabdeh təşkilat qərardaddan şikayət vermiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilib cərimənin miqdarı azaldılaraq 200 manat məbləğində müəyyən edilmiş, amma sənədlərin Maraqlı şəxs tərəfindən cavabdeh təşkilatdan alınması hissəsinə toxunulmamışdır. Sonradan Maraqlı şəxs (icra məmuru Vadim Əliyev) həmin qərardadı əsas tutaraq, müəyyən müddət hərəkətsiz saxlanmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 4174/2023-016 saylı icra sənədinin icraatına xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli qanunsuz qərar qəbul etməklə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü və 20.2-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, borclu təşkilat tərəfindən 200 manat miqdarında cərimənin ödənilməsi də qərarda qeyd edilməmiş, ödəmə barədə qəbz işə əlavə olunmamışdır. Bununla da Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 4174/2023-016 saylı icra sənədi üzrə icra məmurunun hərəkət və hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Ona görə ki, tələbin icrası həyata keçirilmədiyi halda icraata xitam verilmə barədə qərar qəbul edilmiş, bu da onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bir faktı da qeyd etmək istəyir ki, icrata xitam verilmə barədə qərarın surəti ona göndərilməmiş, xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gedib icra işi ilə maraqlanmaq istədikdə, qərarın surəti həmin vaxta ona rəsmi qaydada təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə bağlı onu məhkəməyə çağırmamış və telefonuna da SMS gəlməmişdir, sonradan o, Abşeron Rayon Məhkəməsinin arxivinə rəsmi müraciət edərək, həmin yekun qərarı əldə etmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Tələbkar vəkili-nümayəndəsi X3 məhkəmə iclasında ərizəçi Tələbkar izahatına uyğun izahat verərək, ərizəçinin vaxtilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən çıxarıldığını, lakin onun işdən çıxmaqla bağlı könüllü olaraq ərizəsinin olmadığını bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə həmin şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs icra məmuru X5 məhkəmə iclasında izahat verərək, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərardad əsasında 500 manat məbləğində cərimə olduğunu, həmin qərardad ilə sözügedən təşkilat tərəfindən müəyyən sənədlərin təqdim edilməsinin qərara alındığı, daha sonra cərimə məbləğinin azaldılaraq 200 manat müəyyən edildiyini, sonda isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia tələbi rədd olunduğuna görə şikayətdə qeyd edilən iş üzrə icraata xitam verildiyini bildirdi və qeyd edilənlər əsasında şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair mülki iş üzrə "xxxx" MMC-nin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 500 manat miqdarında cərimə olunması, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə zərurət yarandığından Tələbkar işdən çıxarılması ilə bağlı əmr və əmrin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Maraqlı şəxs icra məmuru vasitəsilə əldə olunması və qərardadın icra olunmasının Maraqlı şəxsnə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 29 noyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərardadı icra olunması üçün 29 noyabr 2023-cü il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin direktoru S.Heydərovun məhkəməyə ünvanladığı cərimənin götürülməsi haqqında 18 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin üzərinə qoyulmuş 500 manat məbləğində cərimənin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadının qismən ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadına əsasən "xxxx" MMC-nin üzərinə qoyulmuş 500 manat məbləğində cərimənin miqdarının azaldılmaqla 200 manat məbləğində müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 09 yanvar 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı icra olunması üçün 09 yanvar 2024-cü il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarında olan Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi ləğv edildiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Emin Səlimovun məhkəməyə ünvanladığı cərimənin götürülməsi haqqında 05 mart 2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin üzərinə qoyulmuş 200 manat məbləğində cərimə məbləğinin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 13 mart 2024cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin üzərinə qoyulmuş 200 manat cərimə məbləğinin götürülməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçı Tələbkar tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)- 243/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərardadından 13 mart 2024-cü il tarixdə verilmiş şikayət ərizəsindən görünür ki, iddiaçı Tələbkar Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməklə onun iddia tələbi üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 15 mart 2024cü il tarixli qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(012)-243/2024 saylı qərardadından iddiaçı Tələbkar tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçı Tələbkar Abşeron Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, iddiaçı Tələbkar Abşeron Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(012)-243/2024 saylı qərardadından vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 17 aprel 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı icra olunması üçün 17 aprel 2024-cü il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. İş materiallarında olan Maraqlı şəxs “icraata başlamaq haqqında” 22 aprel 2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 17 aprel 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Məhkəmə ərizəçinin, onun vəkili-nümayəndəsinin və icra məmurunun izahatını dinləyib işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki, ərizəçinin şikayət ərizəsində qeyd etdiyi Abşeron Rayon Məhkəməsinin 2(012)- 4174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi haqqında Maraqlı şəxs 19 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. İşin faktiki hallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 29 noyabr 2023-cü il tarixdə qərardadına əsasən iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair mülki iş üzrə "xxxx" MMC-nin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 500 manat miqdarında cərimə olunması, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair iddia ərizəsi üzrə zərurət yarandığından Tələbkar işdən çıxarılması ilə bağlı əmr və əmrin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin Maraqlı şəxs icra məmuru vasitəsilə əldə olunması və qərardadın icra olunmasının Maraqlı şəxsnə həvalə edilməsi qərara alınmış, elə həmin tarixdə sözügedən qərardad əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Daha sonra cavabdeh "xxxx" MMC-nin direktoru S.Heydərov ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin üzərinə qoyulmuş 500 manat məbləğində cərimənin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadının qismən ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 2(012)- 4174/2023 saylı qərardadına əsasən "xxxx" MMC-nin üzərinə qoyulmuş 500 manat məbləğində cərimənin miqdarının azaldılmaqla 200 manat məbləğində müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, 19 dekabr 2023-cü il tarixli qərardadı əsasında verilmiş icra vərəqəsi 09 yanvar 2024-cü il tarixdə Maraqlı şəxsnə göndərilmiş, lakin Maraqlı şəxs “icraata xitam verilməsi haqqında ”19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 4174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi ləğv edildiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-4174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Daha sonra cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Emin Səlimovun məhkəməyə ünvanladığı cərimənin götürülməsi haqqında 05 mart 2024-cü il tarixli ərizədən göründüyü kimi cavabdeh "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin üzərinə qoyulmuş 200 manat məbləğində cərimə məbləğinin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 13 mart 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-4174/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin üzərinə qoyulmuş 200 manat cərimə məbləğinin götürülməsi qərara alınmışdır. Həmin qərardad əsasında verilmiş icra vərəqəsi icra olunması üçün 17 aprel 2024-cü il tarixdə Maraqlı şəxsnə göndərilmiş, Maraqlı şəxs “icraata başlamaq haqqında” 22 aprel 2024-cü il tarixli qərarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 17 aprel 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-243/2024 saylı, 14 fevral 2024-cü il tarixli qərardadına əsasən eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6211/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi”nə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Buradan da aydın olur ki, hazırkı iş üzrə icraata xitam verildiyindən sözügedən iş üzrə hər hansı icra vərəqəsi mövcud deyildir. Beləliklə yuxarıda sadalanan işin faktiki hallarından görünür ki,icra məmuru «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinin tələbinə uyğun olaraq 19 yanvar 2024-cü il tarixli qərarı qəbul etmiş, həmin qərarın qəbul edilməsində hər hansı bir qanun pozuntusuna yol verilməmiş, icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəmədə hər hansı bir hal müəyyən edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.4. maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Tələbkar Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması, icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-778/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-778/2025
26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver