Məhkəmə qərarları › İş №8(012)-784/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-784/2025

12.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-784/2025 12.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xxx nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən bir ədəd qızıl dəsti (üzük 4 qram, sırğa 10 qram, boyunbağı və klon 18 qram, üzəri qaş işləməli) 585 əyarlı, çəkisi ümumilikdə 32,00 qram, 32,00x85=2720 manat, bir ədəd qızıl dəsti (boyunbağı 11 qram, qolbağ 7 qram) 585 əyarlı, çəkisi ümumilikdə 18,00 qram, 18,00x85=1530 manat, bir ədəd qızıl qolbağ (halqa formalı, 750 əyarlı, çəkisi ümumilkdə 12,00 qram) 12,00x95=1140 manat, bir ədəd qızıl üzük (qaşsız model) 585 əyarlı, çəkisi ümumilkdə 5,00 qram, 5,00x85=425 manat, bir ədəd qızıl boyunbağı və klon (klon kəpənək formalı), 750 əyarı, çəkisi ümumilkdə 4,00 qram, 4,00x95=380 manat, bir ədəd qızıl üzük (tək qaş), 585 əyarlı, çəkisi ümumilkdə 3,00 qram, 3,00x85=255 manat olan qızıl zinət əşyaları və ya onların ümumi dəyəri 6450 manat Borclu alınıb Tələbkar verilməsi, dövlət rüsumunun artıq ödənilmiş 50 manat hissəsinin dövlət büdcəsindən Tələbkar qaytarılması, 48 manat dövlət rüsumunun 8,35 manat hissəsinin iddiaçıya aid edilməsi, 39,65 manat hissəsinin Borclu alınıb Tələbkar verilməsi və 50 manatın Borclu alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qorxmaz Əsgərov təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsində icraata başlanılmış Naxçıvan MR Culfa Rayon Məhkəməsi tərəfindən verilmiş xxx-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu ümumi dəyəri 6450 manat əmlak tələbinin dəyəri və ödənilmiş dövlət rüsumunun əvəzi 50 manat cəmi 6500 manat alınaraq Tələbkar ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası qismən təmin edilmiş yəni 500 manat bu günə ödənilmiş lakin ödənilməmiş 6000 manat ödəniş bu günə qalmaqdadır. İcra vərəqəsi üzrə Borclu onlarda olan məlumata əsasən icra vərəqəsində qeyd olunan öhdəliyi icra etməkdən yayınmaq məqsədi ilə ölkə hüdudların tərk etmək niyyətindədir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xxx nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, sözügedən icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1991-ci il təvəllüdlü, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar Ə/D, Bənəniyar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xxx nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1991-ci il təvəllüdlü, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Naxçıvan MR, Culfa rayonu, Bənəniyar Ə/D, Bənəniyar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar