Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-787/2022 23.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Borclunə məxsus əmlakların üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclunə məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclundən Kürdəmir rayon Məhkəməsinin 3(041)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, 20000 manat pul vəsaiti tutularaq dövlət nəfinə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 113597.15 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-854/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 985.4 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 31664.57 manat pul vəsaitinin tutularaq Tələbkar1 MMC-yə və Sumqayıt Kommersiya Məhkəməsinin 2-e-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə 15679.56 manat pul vəsaiti tutularaq Tələbkar3 MMC-yə ödənilməlidir. Qeyd olunan icra sənədləri müxtəlif tarixlərdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəmələrə göndərilmişdir. Lakin icra sənədlərinin icrası hazırki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində «X5» markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, “Tecnocar Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “X2 Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “İveco Yük” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “X3” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NQR71P Yük” markalı, **- JN-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 (232P13) Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “ADR 4LW Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Maz 642508 (233) Yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “İveco AT440S43TX/P Yük” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı, “Ford Cargo 3535 D Yük” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı, “X6 Minik” markalı, **-AC- *** dövlət qeydiyyat nişanlı, “Maz 953000 (010) Yarımqoşqu” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Maz Yük” markalı, “**-JN-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı, “SX5234GİBJS384 Yük” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5320 Yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 232P14 Yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 014 Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208 232P14 Yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı, “Maz 953000 014 Yarımqoşqu” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21214 Minik” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5320 Xüsusi Yanacaqda” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı, “X5” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu NQR 71r Yük” markalı, **-JL-*** dövlət qeydiyyat nişanlı, “Maz 642208-(232P13) Yük” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 Minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200 Minik” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən olunmuşdur. Belə olan halda, Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zəruriyyəti yaranmışdır. Ona görə də icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan və yuxarıda qeyd edilmiş nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Borclu nümayəndəsi Nümayəndə təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, şirkət tələbkar qismində çıxış edən şirkətlərə münasibətdə qeyd edir ki, borclunun "xxxx" MMC-yə münasibətdə iki nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuş, Tələbkar1 MMC, "xxxx" ASC-yə bayramdan sonra 985 manat pul vəsaiti dərhal ödəniləcək, digər tələbkarlara münasibətdə isə yanvar ayının 4-dən sonra görüşlər təşkil edilməklə borclarının ödənilməsi hissə-hissə təmin ediləcəkdir. Tez bir zamanda, borclar ödəniləcəkdir. Digər tərəfdən, icra məmuru şirkətin balansında olan bütün nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulmasını istəmişdir. İcra məmuru qanunvericiliyin tələblərini pozaraq üzərinə həbs qoyulması üçün nəzərdə tutulan mərhələlərə riayət etməmişdir. Digər tərəfdən, borclunun mülkiyyətində olan nəqliyyat vasitələrinin cəmi dəyəri ******* manat məbləği keçir. Həmçinin, icra məmuru sözügedən nəqliyyat vasitələrinin dəyərini müəyyən etməli idi, həmin dəyəri müəyyən etdikdən sonra nəqliyyat vasitələrinin bir qisminin üzərinə həbsin qoyulmasını təmin etməli idi. Bu səbəbdən də, hesab edir ki, icra məmuru icra qanunvericiliyinin tələblərini pozmuşdur. Təqdimatı vermiş şəxs və tələbkarlar məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 113597.15 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-854/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 985.4 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-854/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 15679.56 manat borc tutularaq "xxxx" MMCyə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclundən 31664.57 manat pul vəsaiti tutularaq Tələbkar1 MMC-yə ödənilməlidir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədləri üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə ilk növbədə, qeyd edir ki, hazırki təqdimata əsasən, icra sənədi üzrə öhdəliyin icrasının təmini üsulu olaraq, icra sənədləri üzrə pul öhdəliyinin ödənilməsi təşkil edir ki, icra məmuru da həmin borcların ödənilməsi üçün Borclu mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Məhkəmə borc məbləğlərinin həmin borcun ödənilməsi üçün üzərinə həbs qoyulması nəzərdə tutulan əmlaklara adekvat olmasının zəruriliyini nəzərə alaraq, borclunun mülkiyyətində olan «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulmasını daha məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat qismən edilməli, Kürdəmir rayon Məhkəməsinin 3(041)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-854/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı və “X5” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Kürdəmir rayon Məhkəməsinin 3(041)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-401/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2e-2(119)-854/2021 saylı, xx.xx.2021-ci il tarixli, e-2-2(119)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-2(119)-883/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, «X5» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı və “X5” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-787/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-787/2022
23.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver