Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-789/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-borclu X6, Tələbkar iştirakları ilə, Ərizəçi-borclu X6 iş üzrə icraatın dayandırılmasına-icra vərəqəsinin geri çağırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi-borclu X8 ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-6752/2016 saylı qərardadı və xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi ilə icra işi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020ci il tarixədək hesablanmış (57 ay x 137 manat= 7809 manat) 7809 manat borc üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Türkanə Salman qızı ilə xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X15 anadan olmuşdur. Ərizəçi tərəfindən Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli, 2(012)-6752/2016 saylı qərardadı və xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi əsasında 18 oktyabr 2016-cı il tarixdən 20 iyul 2020-ci il tarixədək hesablanmış aliment borcunun silinməsi məhkəmədən xahiş edilmiş, həmin iş hal-hazırda, Abşeron rayon Məhkəməsinin icraatındadır. Birgə nikahdan olan uşaqların saxlanılması üçün həmin aktlar əsasında aliment tutulur. Belə ki, həmin qətnamədə alimentin tutulmasının əvvəlinin 18 yanvar 2017-ci il tarixdən hesablanması göstərilmişdir. Belə olan halda isə məhkəmə qətnaməyə bu barədə hər hansı izahın verilməsinə zərurət görmür. Lakin qərardad qəbul edilərkən tələbkarın alınmış izahatından da göründüyü kimi, tələbkar ilə borclu arasında qərar qəbul edildikdən sonra münasibətlər düzəlmiş, onlar birlikdə yaşamağa başlamışlar. Sonradan münasibətlər pozulduğuna görə tələbkar məhkəmə qərarının icrasının davam etdirilməli olmasını bildirərək borclunu çətin vəziyyətə salmışdır. Halbuki, məhkəmə işi araşdırarkən onların birgə münasibətlərinin bərpa olunduğunu, tələbkar ilə borclunun münasibətlərinin sonradan, 2020-ci ilin iyul ayından yenidən pozulduğunu müəyyən etdiyi halda belə icra sənədi üzrə izah verərkən bu halları qiymətləndirməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-175/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında rəsmi münasibətlər pozulsa da faktiki münasibətlər qüvvədə qalmışdır. Belə ki, həmin iş üzrə tələbkar özü də qeyd etmişdir ki, barışıq baş tutmuş və onlar 2020-ci ilin iyul ayınadək bir yerdə yaşamışlar. Bu faktı tələbkar özü borcluya qarşı qaldırılmış iddia üzrə də qeyd edərək bildirmişdir ki, borcludan aliment 2020-ci ilin iyul ayından tutulmalıdır. Beləliklə də, araşdırma ilə müəyyən edilmiş hallar nəzərə alınmamışdır. Yəni, əldə olunmuş nəticəyə görə tərəflər 2016-2020-ci illər arasında bir yerdə həm yaşamış (bir yerdə yaşadıqları üçün əldə edilmiş əmlak bölünməli), həm də eyni zamanda yaşamamışlar (bir yerdə yaşamadıqları üçün də aliment tutulmalıdır). Qeyd edilənlərdən də göründüyü kimi, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək birlikdə yaşadıqları üçün borclu uşaqların bütün maddi tələbatlarını qarşılamış, buna görə də həmin vaxt ərzində hesablanılmış aliment borcundan azad olunmalıdır. Hesab edir ki, birgə nikahdan olan uşaqların saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 6752/2016 saylı qərardadı və xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi üzrə başlanılmış icraata xitam verilməsi, həmin qərardad əsasında verilmiş icra vərəqəsinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Borclu tərəfindən hazırda, övladlarının saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən aliment tam şəkildə ödənilməkdədir. Yalnız barışıq dönəmində yəni, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasında tərəflər barışdıqlarına rəğmən dayandırılmayan və hesablanmış aliment borcuna görə hazırda, məcburi icra tədbirləri görülərək həmin məbləğ tələb edilir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-borclu X8 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Tələbkar ilə 2013-cü ildə nikaha daxil olmuş və 2016-cı ildə münasibətlərində yaranmış problemlərdən dolayı o, məhkəməyə müraciət etmiş və məhkəmə mübahisəsinin sonunda tələbkar ilə barışıq əldə olunmuşdur. Həmin müddətdə o, uşaqlarının saxlanılması üçün zəruri olan bütün xərcləri qarşılamışdır. Lakin sonradan, 2021-ci ilin iyul ayında onun tələbkar ilə münasibətlərinə son qoyulmuşdur. Tələbkar ilə 2016-cı ildə barışıq olsa da, məhkəmə qətnaməsi ilə boşanması barədə məlumatları olmamış və həmin müddətdə onun bir uşağı olmuşdur. İcra məmuru tərəfindən aliment ödənişi tələb olunan zaman onun məhkəmə aktından məlumatı olmuşdur. 2020-ci ildə o, tələbkar ilə boşanandan sonra tələbkar məhkəməyə müraciət edərək uşaqların saxlanılması üçün aliment tələb etmişdir. Lakin əvvəlki qətnamə ilə tutulmalı olan aliment borcu yığılaraq 7809 manat müəyyən olunmuşdur. Ona borclun silinməsi barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Onun həmin məbləğdə aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də, hesab edir ki, irəli sürdüyü iddia tələbinə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında Tələbkar ərizəni qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun ilk aliment tələbinə məhkəmə iclasında baxılmış və hər uşağa görə 175 manat aliment təyin olunmuşdur. Borclu tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş və qəbul edilmiş qətnamə əsasında, ilk uşaq üçün 117 manat və ikinci uşaq üçün isə 175 manat alimentin tutulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinə yenidən apelyasiya şikayəti verilsə də, müddət ötürülmüşdür. Dəfələrlə alimentin silinməsi barədə borclu tərəfindən şikayət verilmişdir. O, məhkəməyə müraciət edən zaman iddia ərizəsi ilə düzgün müraciət etməmişdir. Belə ki, ilkin uşaq üçün alimentin artırılmasını, ikinci uşaq üçün isə alimentin tutulmasını tələb etməli idi. Borclu tərəfindən aliment ödənilmədiyindən 8 sutka həbs cəzası təyin olunmuşdur. Bu səbəbdən də, hesab edir ki, ərizənin təmin edilməsinə heç bir əsas yoxdur. Belə ki, borclu alimentin ödənilməsini gecikdirməklə ödəyir və əsas məqsədi alimentin ödənilməsindən yayınmaq xarakteri daşıyır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə şikayətə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ərizəyə əlavə olunmuş materialları nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X8 tərəfindən Abşeron rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən və məhkəmə bildirişindən görünür ki, iddiaçı X4 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-6752/2016 saylı qərardadı və xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixinə saat 10:40-a təyin olunmuşdur. -Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-6752/2016 saylı qərardadından görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 Tələbkar xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının başlanğıcının xx.xx.2016-cı il tarixdən hesablanması və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X8 ilə Tələbkar arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqında akt qeydləri kitabında 335 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X9 anası Tələbkar yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 hər ay 137 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1352/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X5 xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması, qətnamənin dərhal icra olunması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2794/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh E.Ş.Məmmədovun apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, qətnamə “cavabdeh X5 xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulsun» hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamış, iddia qismən təmin olunmuş, qətnamə «cavabdeh X5 xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulsun və qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun» hissəsində dəyişdirilmədən saxlanmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı və 26 aprel 2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğləri artırılmış, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh X5 tutularaq iddiaçı Tələbkar verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamənin qanuni qüvvəyə minən gündən hesablanması qət edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin Tələbkar ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-1472/22N4 saylı məktubdan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-6752/2016 saylı, xx.xx.2016-cı il tarixli və 2(012)-288/2017 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri müvafiq olaraq icra şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və qərarı qəbul edən məhkəməyə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə aidiyyəti orqanlara borclunun əmlak vəziyyətinin müəyyən edilməsi barədə sorğular göndərilmişdir. Lakin həmin orqanlardan alınan cavab məktublarına əsasən tələbin yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilməmişdir. Tələbkarın xx.xx.2021-ci il tarixdə icra şöbəsinə ünvanladığı ərizə və ona əlavə olunmuş bank hesabından çıxarışa əsasən, borclu məhkəmənin 2(012)-6752/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 234 manat ödəniş etmişdir. Bundan əlavə, icra şöbəsinin icraatına xx.xx.2021-ci il tarixdə məhkəmənin 2(012)-1352/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi daxil olmuşdur. Bu iş üzrə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə məlumat verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2794/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-1352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2794/2021 saylı xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə bu barədə məlumat verilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-1529/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)- 288/2017 saylı xx.xx.2017-ci il tarixli və 2(012)-1352/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələri üzrə müəyyən edilmiş alimentin məbləğləri artırılaraq hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılaraq tərəflərə və məhkəməyə bu barədə məlumat verilmişdir. Tələbkar yığılmış aliment borcunu tam şəkildə tələb etdiyini, borclu borcunu tam ödəmədiyi təqdirdə isə barəsində tədbir görülməsini tələb etmişdir. X6 borclu olduğu məhkəmə qərarları üzrə xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 12929 manat alimentdən cəmi 5024 manat ödəniş etdiyi və tələbkara 7905 manat aliment borcu qaldığı üçün izahatı alınmış, lakin sonuncu borcunu ödəyə bilmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuş və məhkəmənin qərarı ilə X8 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borclu tərəfindən 2000 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmiş və hal-hazırda, məhkəmənin icraatındadır. Borclu xx.xx.2022-ci il tarixdə etdiyi ödənişdən sonra heç bir aliment ödənişi etməmiş və hazırki günə 7063 manat aliment borcu vardır. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İcra haqqında Qanun” adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 44.1.2-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarından biridir. İlkin olaraq, ərizə və ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, borclu X8 ilə Tələbkar xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X15 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan bir müddət sonra ailə nikah münasibətləri pozulsa da, müəyyən zaman aralığında münasibətlərini bərpa edərək faktiki nikah münasibətlərində olmuşlar. Bu səbəbdən də, borclu X8 tələbkar ilə faktiki nikah münasibətində olduğu və həmin müddətdə azyaşlı uşaqların saxlanılması üçün maddi vəsait sərf etdiyini iddia edərək məhkəmə aktları ilə təyin edilmiş aliment ödənişinin silinməsinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək icra sənədləri üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. “İcra haqqında Qanun”un 17.1.4. maddəsinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə ərizə və ərizəyə əlavə olunmuş məhkəmə aktlarını tədqiq edərək müəyyən etmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-6752/2016 saylı qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmış, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay 137 manat sabit pul məbləğində alimentin tutulması, Abşeron rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-1352/2021 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 2794/2021 saylı qətnaməsi ilə isə X1 üçün alimentin tutulması hissəsində qətnamə ləğv edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1529/2022 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı və 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğləri artırılmış, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Ərizənin mahiyyətindən müəyyən olunur ki, azyaşlının saxlanılması üçün müvəqqəti alimentin tutulduğu tarixdən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə tərəflərin ailə nikah münasibətləri bərpa olunmuş, onlar birgə təsərrüfatı idarə etdiklərindən borclu həmin dövr üçün aliment borcu olaraq yığılmış 7809 manat pulun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İcra haqqında Qanun”un: 21.1. maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2. maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.5. maddəsinə əsasən, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, borclu X4 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)-6752/2016 saylı qərardadı və xx.xx.2017-ci il tarixli 2(012)-288/2017 saylı qətnaməsi əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanmış aliment borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mülki işə mahiyyəti üzrə baxılanadək icra sənədləri üzrə alimentin tutulmasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Qanunun tələblərindən göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması məcburiliyi olduqda bu barədə icra orqanının rəhbəri tərəfindən təsdiq edilməklə icra məmuru tərəfindən müvafiq qərar qəbul edilir və bu barədə tərəflərə məlumat verilir. Həmçinin, icra sənədi üzrə icraatın dayandırılması icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə tərəfindən mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilir. Bununla da, borclu icra sənədi üzrə icraatın dayandırılması barədə aidiyyəti icra şöbəsinə müraciət etməmiş və həmin məzmunlu təqdimatla məhkəməyə icra məmuru tərəfindən müraciət olunmamışdır. Beləliklə də, Qanunun 21-ci maddəsinin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmək icra məmurunun vəzifəsi olduğundan və bu barədə qanunla imperativ norma müəyyən edildiyindən ərizə əsaslı deyildir, ona görə də təmin edilməməli və borclu X7 aidiyyəti müvafiq icra şöbəsinə icraatın dayandırılması barədə müraciət etmək hüququ izah olunur. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-borclu X6 iş üzrə icraatın dayandırılmasına-icra vərəqəsinin geri çağırılmasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-789/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-789/2022
12.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver