Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-790/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar Əsədova (Rüstəmzadə) Yeganə Attıxan qızının iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 8(012)-304/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilmiş, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 2(012)-304/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatında göstərmişdir ki, “Elektron icra’’ informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar Əsədova (Rüstəmzadə) Yeganə Attıxan qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Borclu hazırkı günə aliment üzrə heç bir borcu olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Əsədova (Rüstəmzadə) Yeganə Attıxan qızı məhkəmə iclasında izahatında bildirdi ki, Borclu birgə nikahlarından anadan olmuş övladlarının saxlanılması üçün hər ay aliment ödəyir. Borclu aliment borcu yoxdur. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Əsədova (Rüstəmzadə) Yeganə Attıxan qızı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-304/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu hazırki günə alimentlə bağlı borcu yoxdur. O, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış olur və həmin torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,148465 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-790/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-790/2022
14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver