Məhkəmə qərarları › İş №8(012)-8/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-8/2023

17.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-8/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə bağlı "xxxx" MTK-nın mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-376/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" MTK-dan 15177,41 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2-2(085)- 376/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclu "xxxx" MTK-nın adına olan “Betonqarışdıran” KAMAZ markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” SHAÇMAN markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” MAN TQS markalı, ** AD *** dqn-lı avtomaşınların üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-376/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın icrasını təmin etmək məqsədilə iş üzrə borclu "xxxx" MTK-nın mülkiyyətində olan “Betonqarışdıran” markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi və Abşeron Rayon Məhkəməsinin 8(012)- 265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatında göstərmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-376/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, "xxxx" MTK-dan 15177,41 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)- 265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən, borclu "xxxx" MTK-nın mülkiyyətində olan “Betonqarışdıran” markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, “Özüboşaldan” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi S.Ə.Dadaşov adma Elmi- Tədqiqat və Layihə-X1 İnstitutunun xx/xx-01145 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən ödəniş təmin olunmuşdur. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş xx/xx-01145 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-376/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş, 889/15 saylı müqavilə üzrə yaranmış borc "xxxx" MTK tərəfindən S.Ə.Dadaşov adına ETLKİM instutuna tam olaraq ödənilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün "xxxx" MTK-nın adına olan “Betonqarışdıran” KAMAZ markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” SHAÇMAN markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” MAN TQS markalı, ** AD *** dqn-lı avtomaşınların üzərində həbsin saxlanılması "xxxx" MTK-nın mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və "xxxx" MTK-nın adına olan “Betonqarışdıran” KAMAZ markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” SHAÇMAN markalı, ** AD *** dqn-lı, “Özüboşaldan” MAN TQS markalı, ** AD *** dqn-lı avtomaşınların üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar