Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-8/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar nümayəndəsi X6, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlakının üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi Tələbkar vəkili-nümayəndəsi Abbas-zadə Rəhim İsaq oğlunun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti olaraq 14 may 2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu payına olan hissəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 235 manat sabit pul məbləğində aliment tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış cavab məktubunda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu mülkiyyətində göstərilsə də digərlərinə Borclu, X3 və X2 adlarına paylı mülkiyyətin də olduğu bildirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlak üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu Rəhimli X5 Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ödənişlər etsə də gecikmələrə yol verir. Belə ki, borclu tərəfindən icra sənədinə görə dünən 235 manat məbləğində pul ödənilmişdir. Borclu noyabr ayı üzrə ödəniş etmişdir və dekabr ayı üzrə ödəniş etməlidir. Onlar borcludan sadəcə uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği üzrə vaxtında ödəniş edilməsini istəyirlər. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, o, anbardar vəzifəsində işləyir, onun maaşı 350 manat təşkil edir və Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən maaşından hər ay 235 manat məbləğində pul tutulur. Əlavə olaraq qeyd edir ki, o, Tələbkar dekabr ayı üzrə üzrə ödəniş etmişdir. Odur ki, göstərilənlərə əsasən o, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov tərəfindən verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ərizəçi Tələbkar vəkili-nümayəndəsi Abbas-zadə Rəhim İsaq oğlunun müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtaranadək müvəqqəti olaraq 14 may 2022-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında borclu Rəhimli X5 Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş sözügedən icra sənədi üzrə ödənişlər etdiyini bildirmiş, Tələbkar nümayəndəsi X7 isə borclu tərəfindən gecikmələrə yol verilsə də icra sənədində qeyd olunmuş aliment məbləğinin ödənildiyini təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu əmlakının üzərinə həbs qoyulmasına əsas verən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən Abşeron Rayon Məhkəməsinin 16(012)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün hazırda Borclu əmlakının üzərinə həbs qoyulması barəsində icra hərəkətinin həyata keçirilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu payına olan hissəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,4076 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu payına olan hissəsi üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-8/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-8/2025
08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver