Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-80/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan 10 saylı Ərazi Vergilər İdarəsinin **********8554700 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 10179.36 məbləğində vergi borcunun 10 saylı Ərazi Vergilər İdarəsinin nəfinə tutulması qərara alınmışdır. Qəbələ rayon Mənkəməsinin 8(025)-68/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan 10 saylı Ərazi Vergilər İdarəsinin **********8554700 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 10179.36 məbləğində vergi borcunun 10 saylı Ərazi Vergilər İdarəsinin nəfinə tutulması qərara alınmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Qəbələ rayon Mənkəməsinin 8(025)-68/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə xx.xx.2024-cü il tarixdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan 10 saylı Ərazi Vergilər İdarəsinin **********8554700 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 10 saylı Ərazi Vergilər İdarəsinin **********8554700 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, borcluya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılmasına zərurət yarandığından təqdimat təmin edilməli, Borclu məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Borclu məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-80/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-80/2024
27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver