Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-82/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 329923-1-25707 saylı «Kredit Təşkilatlarında olan X1 üzrə kredit müqaviləsi»nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 5901,87 manat məbləğində əsas borc, 847,70 manat məbləğində faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 6759,57 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,33 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha, 0,06 ha, 0,0686 ha və 0,1846 ha torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3570/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 6759,57 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək icra sənədini icra etməmişdir. Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə SMS bildiriş göndərilsə də borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha, 0,06 ha, 0,0686 ha və 0,1846 ha torpaq sahələrinin olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə təqdimat vermiş icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha, 0,06 ha, 0,0686 ha və 0,1846 ha torpaq sahələri sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu Tələbkar ASC-yə olan 6759,57 manat məbləğində borcunun ödənilməsinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha, 0,06 ha, 0,0686 ha və 0,1846 ha torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləği ilə bir-birinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-82/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-82/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver