Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-829/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar nümayəndəsi və vəkili Vəkil, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun iştirakları ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 22000 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1674/2017 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 22000 manat pul tutularaq iddiaçı Tələbkar ödənilməli, Borclu apellyasiya şikayəti verilməsi üçün ödədiyi 15 manat dövlət rüsumunun 5 manatı iddiaçı Tələbkar tutulub ona verilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomaşın üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Ona görə də Borclu məxsus “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar nümayəndəsi və vəkili Vəkil borclunun gəlməməsini məhkəmə iclasının süni şəkildə uzadılması kimi qiymətləndirib təqdimata borclunun iştirakı olmadan baxılmasını xahiş etmiş və təqdimatı müdafiə edərək izahatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həbslə bağlı qərardadını qüvvədə saxlamışdır. Təqdimatda qeyd olunanlarla bağlı sübutetmə vəzifəsi icra məmurunun üzərinə düşür. Məhkəmə aktları qəbul edilmiş və sübutlar təqdim olunmuşdur. Eyni zamanda, borclunun hansısa səbəbdən maşın həbsdə ola-ola atasının adına keçirməsi, məhkəməyə müraciət etməsi halı olmuş və qətnamə çıxarılmış, qətnamə çıxarılan zaman avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclunun Abşeron rayonu Xırdalan şəhərində yerləşən 28 kv.m ölçüdə torpaq sahəsi vardır. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi, satılıb-satılmamasının mümkünlüyü bəlli deyildir. Avtomobil ilə bağlı iki məhkəmə aktı qəbul edilmiş və məhkəmə aktları qüvvədə ola-ola icra məmuru tərəfindən təqdimat verilmişdir. Ona görə də təqdimatın təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, borclu tərəfindən qismən ödənişlər olunmuş və elektron icra informasiya sistemindən çıxarılmış məlumata əsasən, borclunun mülkiyyətində avtomobil və torpaq sahəsi vardır ki, torpaq sahəsi ilə bağlı təqdimat da məhkəmənin icraatındadır. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra məmurunun üzərinə həbsin qoyulmasını xahiş etdiyi avtomobil hal-hazırda, onda yoxdur, avtomobillə bağlı 2020-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı qəbul edilmiş və maşının üzərinə həbs qoyulmasına baxılması mümkünsüz sayılmışdır. Borclu xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, məhkəmə borclu tərəfindən ərizəyə səhhəti ilə bağlı mötəbər sübut əlavə olunmadığından təqdimata borclunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin təqdimatla bağlı münasibətini araşdırıb, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-476/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Borclu ilə X1 arasında “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(105)-161/2019 saylı qərardadından görünür ki, Borclu şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(012)-507/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan daha sonra görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(012)-507/2019 saylı qərardadına əsasən, təqdimat təmin edilmiş, Borclu məxsus “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanılması və tələbin həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Borclu adına “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Borclu Tələbkar olan 22000 manat pul vəsaitinin tutulmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmiş və həmçinin, icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmuru tərəfindən məcburi icra tədbiri olaraq borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Lakin Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(012)-507/2019 saylı qərardadı ilə Borclu məxsus “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına baxmayaraq, icra sənədi üzrə icra hərəkətlərinin aparılması müddətində borclu tərəfindən avtomobil formal olaraq borclunun atasının adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi, borclu icra sənədinin icrasından yayınmış və bu səbəbdən də, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-476/2020 saylı qətnaməsi ilə borclunun atası X1 ilə avtomobilə dair bağladığı xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir. Beləliklə də, üzərinə həbs qoyulması nəzərdə tutulan mübahisə predmeti olan avtomobil hazırda, borclunun mülkiyyətində olmaqla həmin avtomobil üzərində həbs mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi məqsədilə avtomobilin borclu tərəfindən özgəninkiləşdirilməsi istisna edilmədiyindən təqdimat təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1674/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-829/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-829/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver