Məhkəmə qərarları › İş №8(012)-83/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-83/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-83/2024 23.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-601/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-889/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 12 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 dekabr 2022-ci il tarixdən və 01 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-601/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 11194 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ 11194 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-889/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 dekabr 2022-ci il tarixdən və 01 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat miqdarında alimentin sabit pul məbləğində tutularaq, iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 11194 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-889/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu aliment borcunu tam ödəmişdir və hazırda aliment borcu yoxdur. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə yaranmış aliment borcunu tamamilə ödəmişdir. Bu səbəbdən o, mülkiyyətində olan “VAZ 11194 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan “VAZ 11194 minik” markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-601/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan “VAZ 11194 minik” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar