Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-833/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakları ilə, Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Tovuz rayon Məhkəməsinin 2(062)-595/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 634.95 manat işıqdan istifadəyə görə, 120.46 manat sudan istifadəyə görə yaranmış borc, 3000 manat vurulmuş maddi ziyan və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pul alınaraq Tələbkar ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin borcluya məxsus olan əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz rayon Məhkəməsinin 2(062)-595/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 634.95 manat işıqdan istifadəyə görə, 120.46 manat sudan istifadəyə görə yaranmış borc, 3000 manat vurulmuş maddi ziyan və dövlət rüsumu hesabına ödənilmiş 10 manat pul alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.05 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-79/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı əsasında qeyd olunan torpaq sahəsinə qiymət qoyulması üçün "xxxx" MMCyə müraciət olunmuşdur. Qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli hesabatında 0.05 ha torpaq sahəsinin bazar qiyməti 10000 manat göstərilmişdir. İcra məmurunun xx.xx.2022-ci il tarixli təklif məktubu ilə “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən, torpaq sahəsi tələbkara təklif edilmiş, lakin tələbkar təklifi qəbul etməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2022-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət olunmuşdur. Hərrac təşkilatı tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda 0.05 ha torpaq sahəsinin satılması ilə bağlı hərrac keçirilsə də, alıcı müraciəti olmadığından hərracın baş tutmaması qeyd edilmişdir. Əmlak satılmadığı üçün yenidən xx.xx.2022-ci il tarixdə tələbkara təklif edilmiş, lakin tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək torpaq sahəsinin borc müqabilində götürülməsinə imkanın olmadığını, buna görə də 0.05 ha torpaq sahəsinin yalnız 0.02 ha hissəsini onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bundan sonra, Tovuz rayon Məhkəməsinin 2(062)-595/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Xətai Nəbiyevin mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin dəqiq koordinatlarını müəyyən etmək üçün icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə aidiyyəti qurumdan mütəxəssis dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixdə tələbkarın və mütəxəssisin iştirakı ilə qeyd olunan torpaq sahəsinə baxış keçirilməklə torpaq sahəsinin sərhəd və döngə nöqtələri koordinatlara uyğun şəkildə yerində göstərilmişdir. Bundan başqa, 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində borcluya məxsus və tələbkarın tələb etdiyi torpaq sahəsinin kənar şəxslərin istifadəsində olmaqla mübahisə predmeti olduğu müəyyən edilmişdir. Eyni zamanda, 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən icra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, mütəxəssis rəyində Tələbkar tələb etdiyi və müayinə olunan torpaq sahəsinin ölçüsünün faktiki 0.017 ha (170 kv.m) olduğu halda, texniki səhv olaraq 0.02 ha kimi qeyd edilmişdir. Hazırda, borclu Xətai Nəbiyevin mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin 0.017 ha (170 kv.m) hissəsinin borc müqabilində tələbkarın adına sənədləşdirilməsi üçün üzərinə həbsin qoyulması zərurəti yaranmışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin 0.017 ha (170 kv.m) hissəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 3 il müddətdir ki, məhkəmə çəkişmələri olmuşdur. Əmlakın qiymətləndirilməsinə görə dəfələrlə məhkəmə xərcləri ödəmişdir. Torpağın 5 sot hissəsinə həbs qoyulmuşdur. Borclu orada ev olduğunu bildirmiş, bu səbəbdən də, o, hərracdan imtina etmişdir. Evdə yaşayış, qaz, işıq və su yoxdur. Borclu onun etdiyi yaxşılığı qiymətləndirməmişdir. Borclu hissə-hissə ödəmək imkanı olduğu halda 2 il müddətdir ki, heç bir ödəniş etməmişdir. Lakin təqdimatda dəqiqləşmələr aparılmalı olduğundan təqdimatın geri qaytarılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədinə əsasən, həbsin qoyulması xahiş olunan daşınmaz əmlak uzun mddətdir ki, satılmış və artıq başqasına məxsusdur ki, bunu tələbkar özü də yaxşı bilir. Lakin bununla belə, o, borcunun ödənilməsindən yayınmır. O, 50000 manat dəyərində olan evini çox ucuz qiymətə satmışdır. 3000 manata görə başqasına məxsus olan daşınmaz əmlakın satılmasını istəmir. Hazırda, onun yaşamağa yeri yoxdur, uşaqları isə qardaşına məxsus oan evdə yaşayır. Tələbkar tərəfindən borc məbləği aylığa bölündüyü halda, borcu ödəmək imkanı ola bilər. Torpaq sahəsinin üzərində həbs olmuş, bölgü aparılan zaman isə onun məlumatı olmamışdır. Lakin təqdimatda dəqiqləşmələr aparılmalı olduğundan təqdimatın geri qaytarılmasına etiraz etmir. Təqdimatı vermiş şəxs məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli xx/xx-101370/2V saylı məktubdan görünür ki, Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimatda müəyyən dəqiqləşmələr aparılması zəruriyyəti yarandığından təqdimatın baxılmadan geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Tovuz rayon Məhkəməsinin 2(062)-595/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu borcun ödənilməsinin təmin edilməsi məqsədilə borcluya məxsus olan əmlakın üzərinə həbsin qoyulması məhkəmədən xahiş olunmuşdur. Hazırda, təqdimatda müəyyən dəqiqləşmələr aparılmalı olduğundan və təqdimata mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına icra sənədi üzrə tərəflərin hər hansı bir etirazı olmadığından məhkəmə təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 427.1. maddəsinə əsasən, şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Borclu məxsus olan əmlakın üzərinə həbsin qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-833/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-833/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver