Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-834/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-215/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2975/2015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ***-**-** nömrəli telefondan istifadəyə görə 20,16 manat danışıq borcu və 20 manat ödənilmiş dövlət rüsumunun X2 Stansiyasının xeyrinə tutulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-215/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən, Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilmiş, Borclu məxsus “Mersedes Benz 320" markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, avtomobilin saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin cərimə duracağına yerləşdirilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Mersedes Benz 320” markalı, **- ZT-*** dqn-lı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2975/2015 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ***-**-** nömrəli telefondan istifadəyə görə 20,16 manat danışıq borcu və 20 manat ödənilmiş dövlət rüsumunun X2 Stansiyasının xeyrinə tutulması qərara alınmışdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron rayon Məhkəməsinin 8(012)-215/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Mersedes Benz 320” markalı, **-ZT-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə əsasən yaranmış aliment borcu tələbkara ödənimişdir. Bu barədə Abşeron rayon icra və probasiya şöbəsinə tələbkarın müvafiq ərizəsi daxil olmuşdur. Hazırda borclunun heç bir aliment borcu mövcud deyildir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ***-**-** saylı telefon nömrəsi 2014-cü ilə kimi Borclu adına olmuşdur. 2014-cü ildən Borclu adından çıxarılmışdır. Bugünə Borclu adında olan "xxxx" MMC-yə hər hansı borcu yoxdur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün Borclu məxsus “Mersedes Benz 320" markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-215/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus “Mersedes Benz 320" markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və məhdudiyyətlər aradan qaldırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-834/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-834/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver