Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-837/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-3642/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 7850 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3642/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu 7850 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Borclunun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixdə borclu şöbəyə gəlmiş və icraata başlama haqqında bildirişi şəxsən imza edərək qəbul etmişdir. Borcluya verilmiş könüllü icra müddətinin bitməsinə baxmayaraq, o, icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də icra sənədinə əsasən, xx.xx.1989-cu il təvəllüdlü, Oğuz rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 30, ev 11, mənzil 37 üvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İcra sənədi üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borcluya, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırki halda təqdimat əsaslandırılmamış, iş materiallarına borclu şəxsin ölkədən kənara getməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, subyektiv mülahizə əsasında şəxsin hüquqlarının məhdudlaşdırılması xahiş olunmuşdur. Belə ki, icra sənədinin icrası məqsədi ilə borclunun əmlakı barədə məlumatın müvafiq dövlət orqanlarına və banklara sorğu göndərməklə alınması, borclu barəsində axtarış qərarının verilməsi və qanunvericiliyin tələbinə əsasən, digər məcburi icra tədbirləri həyata keçirilməmişdir. İcra məmuru tərəfindən təqdimata əlavə edilmiş sənədlər əsasında borclunun mülkiyyətində daşınar əmlak olduğu halda həmin əmlak üzərinə həbs qoyulmasına dair icra tədbiri görülməmiş və ya görüldüyü halda buna dair əsaslı sübut təqdimata əlavə olunmamış, birbaşa olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat verilmişdir. Buradan da görünür ki, icra məmuru tərəfindən qeyd olunan icra sənədinin icrası ilə əlaqədar bütün lazımi icra tədbirləri tam olaraq görülməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan icra hərəkətləri görülmədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması və həmin məhdudlaşdırma daha ciddi icra hərəkəti hesab olunduğundan təqdimat təmin edilməməlidir. Sərbəst hərəkət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun tərkib hissəsi olaraq vətəndaşların əsas hüquqlarına daxildir. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşın əsas konstitusion hüquqlarından olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması barədə təqdimat təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Qanunun 84-1.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-837/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-837/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver