Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-840/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-5690/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK və sədri Borclu ödənilmiş 49637 manat pul və mənəvi zərərə görə 3000 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 52667 manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1463/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-5690/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK və sədri Borclu ödənilmiş 49637 manat pul və mənəvi zərərə görə 3000 manat, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 52667 manat pul vəsaiti alınaraq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2019-cu il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədi icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir (icra məmuru Nicat Ramazani, xx.xx.2019-cu il tarixdə sabiq icra məmuru İlyas Həsənov). Qeyd olunan icra sənədi Xızı rayon İcra və Probasiya şöbəsi tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur (icra məmuru Qəribağa Mirhəşimov). Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu mülkiyyətində Salyan rayonu, Boramkənd kəndində yerləşən 1.8710 ha torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Ona görə də Borclu mülkiyyətində olan Salyan rayonu, Boramkənd kəndində yerləşən 1.8710 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, bu hadisə 7-8 il bundan əvvəl olmuşdur. Tələbkar pul verməmişdir. O, sədr olan zaman Bakir müəllim 20000 manat borc vermiş, 29000 manat borc qalmışdır. Quba şəhərində olan torpaq sahəsinin satışından əldə olunmuş pulun alınıb veriləcəyi bildirilsə də razılığa riayət olunmamışdır. İcra məmurunun həbs qoyulmasını xahiş etdiyi torpaq sahəsi hazırda, onun mülkiyyətində deyildir. Pay torpağı olmuş həmin torpaq sahəsini o, başqa şəxsə satmışdır. Həmin torpaq onun adına olmamış, pay torpağı kimi 4 qızının adına olmuş və artıq satılmışdır. İcra sənədi üzrə Tələbkar xx.xx.2022-ci il tarixli teleqram ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştirakı olmadan baxılıb məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatı vermiş şəxs məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Müvafiq halda icra orqanı təqdimata borclunun adına olan Salyan rayonu, Boramkənd kəndində yerləşən 1.8710 ha torpaq sahəsinin olmasına dair sənədi əlavə etsə də, qeyd olunan sənəddən torpaq sahəsinin həqiqətən də borclunun mülkiyyətində olması müəyyən olunmur. Həmçinin, mülki iş materiallarına əlavə olunmuş X1 çıxarılmış məlumatdan Borclu mülkiyyətində hər hansı bir əmlakın olması müəyyən olunmur. Halbuki, məhkəmə qərar qəbul edərkən icra məmurunun əsaslandırılmış təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı əsassız olduğundan təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-840/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-840/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver