Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-843/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakları ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 16(012)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 19:00-dan 21:00-dək ünsiyyətdə olmağına Borclu tərəfindən maneçilik edilməsi qadağan olunmalıdır. xx.xx.2022-ci il tarixdə Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 16(012)- 101/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 19:00-dan 21:00-dək ünsiyyətdə olmağına Borclu tərəfindən maneçilik edilməsi qadağan olunmalıdır. İcra sənədinin icrası ilə əlaqədar iş üzrə Borclu dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 16(012)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də ünvan 1 ünvanında yaşayan Borclu barəsində onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis Şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən etibarən qətnamə qismən icra olunmağa başlanmış, tələbkar övladı ilə görüşür və icra məmuruna da bu barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Tələbkar təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, qətnamə çıxarılandan sonra borclu tərəfindən uşağı gətirməməsi halları olmuşdur. Lakin hazırda, o, uşağı ilə görüşür. İcra vərəqəsində saat 9-dan 11-ə qədər görüşməsi qeyd olunsa da, tələbkarla o, şənbə günü istənilən saatda görüşün olması barədə razılığa gəlmişdir. Bu səbəbdən də, təqdimatın təmin olunmamasını istəyir. Təqdimatı vermiş icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxsin iştirakı olmadan keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Borclu heç bir məcburiyyət tədbiri tətbiq olunmadan tam könüllü şəkildə məhkəmə iclasına gələrək izahat verməsi onun eyni zamanda, icra sənədinin icrasından yayınmasını istisna etdiyindən, həmçinin, icra sənədi üzrə tərəflər arasında icra sənədinin icrası ilə bağlı razılıq əldə olduğundan məhkəmə borclunun məcburi şəkildə gətirilməsinə dair təqdimatın təmin edilməsinə lüzum bilmir. Ona görə də təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-843/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-843/2022
26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver