Məhkəmə qərarları › İş №8(012)-86/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-86/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-86/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 3850 manat borc və 58,50 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Tələbkar ödənilməli olan 3850 manat borc və 58,50 manat məbləğində dövlət rüsumunun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ona qarşı mülki iş üzrə verilmiş icra sənədinə əsasən ondan 3850 manat borc və 58,50 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi 18 noyabr 2024-cü il tarixində Abşeron Rayon İcra şöbəsində icraya yönəldilmişdir. Bildirir ki, onun icra sənədi üzrə borcu birdəfəyə ödəmək imkanı yoxdur. Belə ki, onun rəsmi və daimi olaraq sabit gəliri yoxdur. Bununla belə icra sənədi üzrə tutulmalı olan borcun hissə-hissə ödənişini hər ay 100 manat ödənilməklə həyata keçirməyi təmin etmək iqtidarındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ödənilməli olan 3850 manat borc və 58,50 manat məbləğində dövlət rüsumunun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsini xahiş etsə də borcun ödənilməsinə maddi imkanının kifayət etmədiyi, sabit və daimi iş yerinin olmadığı ərizəçi tərəfindən kifayət qədər əsaslandırılmamış, ərizəçi ərizəyə qeyd edilən xüsusatları təsdiq edən hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Həmçinin hər ay davamlı olaraq 100 manat pulun tutulması tələbkarın haqlı mənafeyinə uyğun olmadığından, tələbkarın pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzun müddətə uzatdığına və tələbkarın məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirdiyindən məhkəmə tələbin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 - 268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-3596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə, hər ay 100 manat ödəniş etməklə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar