Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-90/2022 21.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-975/2017 saylı, 11.12.2017-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-11875/2016 saylı, 25.08.2016-cı il tarixli icra sənədinə əsasən, Borclu 2104,82 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-11875/2016 saylı, 25.08.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan «Mercedes 240» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 975/2017 saylı, 11.12.2017-ci il tarixli qərardadı ilə Borclu məxsus «Mercedes 240» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Belə ki, borclu tərəfindən icra sənədi tam olaraq icra edilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 29.03.2021-ci il tarixli ərizədən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-11875/2016 saylı, 25.08.2016-cı il tarixli icra sənədinə əsasən Borclu "xxxx" ASC-yə olan borcunu tam ödəmişdir. Odur ki, “İcra haqqında” AR Qanunun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün «Mercedes 240» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış olur və həmin torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-975/2017 saylı, 11.12.2017-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus «Mercedes 240» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-90/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-90/2022
21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver