Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-91/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-428/2024 saylı, 08 otyabr 2024-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməsi, cavabdeh Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********60421 X2 10 markalı telefon üçün 683,80 manat ödənilməmiş hissə, 68,20 manat cərimə olmaqla, ümumilikdə 752 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-428/2024 saylı, 08 otyabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 752 manat və 30 manat tutularaq ABC Telekom MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Elektron İcra İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-428/2024 saylı, 08 otyabr 2024-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borc tam ödənildiyindən xx.xx.2025-ci il tarixli qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-5606/2022 saylı, xx.xx.2023-cü il tarixl icra sənədinin icraatına xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan tələbkar ABC Telecom MMC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 21 yanvar 2025-ci il tarixli, 1669 saylı icra sənədinin geri qaytarılması haqqında ərizədən görünür ki, Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)- 5606/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə banka borc öhdəliklərini tam yerinə yetirdiklərindən tələbkar ABC Telecom MMC sözügedən icra sənədinin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-428/2024 saylı, 08 otyabr 2024 -cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan Vaz 21074 minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-91/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-91/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver