Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-93/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-2483/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 340 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2483/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 340 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar, bildiriş qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Borclunun istifadəsində olan mobil telefonla əlaqə saxlanılaraq şöbəyə dəvət olunmuşdur. Borcluya verilmiş könüllü icra müddətinin bitməsinə baxmayaraq borclu tərəfindən hazırki vaxta qədər olan aliment borcu ödənilməmişdir. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün borclunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də icra sənədinə əsasən, xx.xx.1980-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi üzrə nə qədər borcunun olmasını dəqiq bilmir. Mühafizəçi işləyən zaman tələbkarın kartına hər ay pul ödəmiş, işdən çıxdıqdan sonra 3 ay ödəniş etməmiş, hazırda, taksi fəaliyyəti ilə məşğul olur. Uşaqlarından ikisi yetkinlik yaşına çatmış, bir oğluna görə isə aliment ödəyir. Lakin digər uşaqlarına görə aliment borcunun qalması mümkündür. Onun xarici ölkələrə çıxışı yoxdur. Onun tərəfindən borc gecikdirildiyi halda belə tələbkar güzəştə gedərək növbəti ay aliment ödəməyi təklif edirdi. İcra sənədi üzrə icra məmuru və tələbkar məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2483/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-93/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-93/2023
16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver