Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-93/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon 1 saylı notariat ofisinin 10 dekabr 2024-cü il tarixli, 8İ-17652 nömrəli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu vaxtında ödənilməmiş 25000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 25025 manat pulun tutulması təklif edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi: **********11-10301) üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayonu 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 8İ-17652 nömrəli icra sənədinə əsasən Borclu 25025 manat məbləğində pul vəsaiti Tələbkar xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin hazırki günədək icra sənədi üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi: **********11-10301) olması müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin ona məxsus olmadığını, sözügedən evin 2021-ci il tarixdə satıldığını bildirmiş və həmin evə dair bağlanmış alqı-satqı müqaviləsini ərizəyə əlavə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar və icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Abşeron rayon 1 saylı notariat ofisinin 10 dekabr 2024-cü il tarixli, 8İ-17652 nömrəli icra sənədinə əsasən Tələbkar xeyrinə Borclu vaxtında ödənilməmiş 25000 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 25025 manat pulun tutulması təklif edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi: **********11-10301) üzərinə həbs qoyulmasını xahiş etsə də Borclu tərəfindən məhkəməyə təqdim edilmiş 24 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı Borclu ona məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 73,1 kv.m olan fərdi yaşayış evini alıcı X1. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi: **********11-10301) üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73,10 kv.m olan fərdi yaşayış evinin (reyestr nömrəsi: **********11-10301) üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-93/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-93/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver