Məhkəmə qərarları › İş №8(012)-94/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-94/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-94/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi LPO "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından tələbkar LPO "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini və həmin qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Borclu2 ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında 30 may 2012-ci il tarixli, 321/A-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Borclu2 və X1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Borclu2 məxsus olan, ** CD *** dövlət qeydiyyat nişanlı, 2012-ci ilin buraxılışı olan, ağ rəngli MG 3 minik markalı (mühərrik: 15S4UB2GBB270019, ban № LSJZ14E31CS993658) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən – 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədində qeyd olunan tələbin "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi"nin Y-419 saylı, xx.xx.2015-ci il tarixli protokoluna əsasən tam şəkildə təmin olunması göstərilmişdir. Tələbkar LPO "xxxx" ASC həmin qərardan şikayət verərək, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinə əsasən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO "xxxx" ASC tərəfindən verilmiş şikayətin onun verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən geri qaytarılması qərara alınmışdır. Tələbkar LPO "xxxx" ASC Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından şikayət verərək, Maraqlı şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3636/2014 saylı icra sənədinə əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci və 20.2-ci maddələrini rəhbər tutaraq “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul edilmiş qərar qanunsuz və əsassızdır. İlk növbədə bildirirlər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinə əsasən borclular Borclu2 və X2 cəmi 14239,55 ABŞ dolları məbləğində pulun, həmçinin 30 manat dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Borclu2 məxsus MG 3 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qərara alınmışdır. İcraat dövründə Maraqlı şəxs sifariş məktubu ilə tələbin yönəldiyi Borclu2 məxsus MG 3 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac vasitəsilə 1674,33 ABŞ dolları məbləğində satılaraq əldə olunmuş vəsait borcun qismən ödənilməsinə yönəldilmişdir. Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tələbin yönəldildiyi nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə realizə edilməsini qanunsuz olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinin tam icra olunması kimi qiymətləndirərək “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Halbuki icra məmuru əmlakın hərrac vasitəsi ilə realizə edilməsindən əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda iş üzrə borclu şəxs barəsində məcburi icra tədbirlərini davam etdirməli idi. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir: 1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3636/2014 saylı icra vərəqəsi ilə borclular Borclu2 və X4 tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar "xxxx" ASCyə ödənilməsi; 2. Tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilmiş, lakin borcun tutulması hissəsinin icrası isə tam təmin edilməmişdir. Qətnamənin “qət etdi” hissəsinin 1-ci abzası ilə borcun cavabdehdən tutulması göstərilməklə icra sənədinin icrası üsulu və qaydası aydın şəkildə müəyyən edilmişdir. Həmçinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilir. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Qeyd edirlər ki, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən qəbul olunmuş qərardan icra sənədinin icra vəziyyəti ilə bağlı tərəflərindən icra şöbəsinə göndərilmiş sorğuya cavab olaraq Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə LPO "xxxx" ASC-yə daxil olmuş cavab məktubundan məlumat əldə olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, icra məmurunun “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməlidir. Odur ki, şikayət ərizəsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan əlavə tələbkar LPO "xxxx" ASC məhkəməyə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ünvanlayaraq, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi LPO "xxxx" ASC ərizəsini onunla əsaslandırdı ki, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. Sözügedən qərarın göndəriş məktubunda məlumat üçün LPO "xxxx" ASC-yə ünvanlanması qeyd olunsa da həmin qərar icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbkar LPO "Dəmirbank” ASC-yə göndərilməmişdir. İcra sənədinin icra vəziyyəti barədə Maraqlı şəxsnə verilmiş sorğu nəticəsində həmin qərar barədə məlumat LPO "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktub əsasında məlum olmuşdur. LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə müraciət edərək sözügedən qərarın ləğv edilərək icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etsə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(012)-58/2024 saylı qərardadı ilə Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılovun “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından şikayətin verilmə müddəti ötdüyündən həmin şikayət geri qaytarılmışdır. Bununla əlaqədar qeyd edirlər ki, qanunvericiliklə nəzərdə tutuimuş prosessual müddətlər çərçivəsində mübahisəli qərardan şikayət vermələri üzrlü səbəblərdən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi LPO "xxxx" ASC-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, bankın Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından xəbəri olmamışdır. Belə ki, tərəflərindən icra sənədinin icra vəziyyəti ilə bağlı Maraqlı şəxsnə verilmiş sorğuya cavab olaraq 13 dekabr 2023-cü il tarixdə onlara ünvanlanmış cavab məktubuna əsasən sözügedən qərarın mövcudluğundan xəbərdar olmuş, həmin qərar banka göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədi üzrə cavabdehlər Borclu2 və X3 LPO "xxxx" ASCyə 12600 manat məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən o, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və həmin qərardan verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəni tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməli və şikayət verilməsi üçün müddət bərpa edilməli, həmçinin şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Borclu2 ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında 30 may 2012-ci il tarixli, 321/A-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Borclu2 və X1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin Borclu2 məxsus olan, ** CD *** dövlət qeydiyyat nişanlı, 2012-ci ilin buraxılışı olan, ağ rəngli MG 3 minik markalı (mühərrik: 15S4UB2GBB270019, ban № LSJZ14E31CS993658) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən – 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş, əsas kimi icra sənədində qeyd olunan tələbin "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi"nin Y-419 saylı, xx.xx.2015-ci il tarixli protokoluna əsasən tam şəkildə təmin olunması göstərilmişdir. İcraat dövründə Maraqlı şəxs sifariş məktubu ilə tələbin yönəldiyi Borclu2 məxsus MG 3 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərrac vasitəsilə 1674,33 ABŞ dolları məbləğində satılaraq əldə olunmuş vəsait borcun qismən ödənilməsinə yönəldilmişdir. Maraqlı şəxs tələbin yönəldildiyi nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə realizə edilməsini qanunsuz olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinin tam icra olunması kimi qiymətləndirərək “İcra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Halbuki icra məmuru əmlakın hərrac vasitəsi ilə realizə edilməsindən əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda iş üzrə borclu şəxs barəsində məcburi icra tədbirlərini davam etdirməli idi. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir: 1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3636/2014 saylı icra vərəqəsi ilə borclular Borclu2 və X4 tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar "xxxx" ASC-yə ödənilməsi; 2. Tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində təmin edilmiş, lakin borcun tutulması hissəsinin icrası isə tam təmin edilməmişdir. Qətnamənin “qət etdi” hissəsinin 1-ci abzası ilə borcun cavabdehdən tutulması göstərilməklə icra sənədinin icrası üsulu və qaydası aydın şəkildə müəyyən edilmişdir. Həmçinin “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilir. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Həmçinin tələbkar LPO "xxxx" ASC-nin buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsində qeyd edildiyi kimi sözügedən qərarın göndəriş məktubunda məlumat üçün LPO "xxxx" ASCyə ünvanlanması qeyd olunsa da həmin qərar icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbkar LPO "Dəmirbank” ASC-yə göndərilməmiş, icra sənədinin icra vəziyyəti barədə Maraqlı şəxsnə verilmiş sorğu nəticəsində həmin qərar barədə məlumat LPO "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktub əsasında məlum olmuşdur. LPO "xxxx" ASC sözügedən qərardan 19 dekabr 2023-cü il tarixdə şikayət verərək, Maraqlı şəxs böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinə əsasən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Maraqlı şəxsnə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmiş, lakin Abşeron Rayon Məhkəməsinin 8(012)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO "xxxx" ASC tərəfindən verilmiş şikayətin onun verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürüldüyündən geri qaytarılması qərara alınmışdır. Tələbkar LPO "xxxx" ASC Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından xx.xx.2024-cü il tarixində şikayət vermiş, həmçinin məhkəməyə buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ünvanlayaraq, həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməli və şikayət verilməsi üçün müddət bərpa edilməli, həmçinin sözügedən qərardan verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Tələbkar LPO "xxxx" ASC-nin Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından şikayət vermə müddəti bərpa edilsin. Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar