Məhkəmə qərarları › İş №8(012)-95/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-95/2022

09.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-95/2022 09.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, X2 Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv olunması və Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2016 saylı, 08.07.2016-cı il tarixli icra sənədinin yenidən Nərimanov Rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. X4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hal-hazırda Nərimanov Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Şirinovun icra sənədinin geri qaytarılması barədə 24.01.2022-ci il tarixli qərarından şikayət verdiyi üçün və ərizəsi baxılmasının mahiyyətini itirdiyi üçün 8(012)-95/2022 saylı iş üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni tədqiq edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə istinad edərək hesab edir ki, X2 Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.1.9-cu maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və X2 Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Nərimanov Rayon İcra və Probasiya şöbəsinə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar