Məhkəmə qərarları › İş №8(012)-95/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-95/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-95/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq 23 fevral 2016-cı il təvəllüdlü X2 və 28 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X3 ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi və Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022ci il tarixdən başlayaraq 23 fevral 2016-cı il təvəllüdlü X2 və 28 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Borclu tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkarın xx.xx.2024-cü il tarixli, 697 saylı ərizəyə əsasən Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə heç bir öhdəliyi olmadığından icra sənədinin icraatına xitam verilməsi xahiş olunmuşdur. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan tələbkar X4 tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 697 saylı icra sənədinin geri qaytarılması haqqında ərizədən görünür ki, tələbkar X4 Borclu ilə aralarında razılıq əldə olunduğundan Abşeron Rayon Məhkəməsinin 2(012)-295/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin Abşeron Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-231/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli 0,10 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar