Məhkəmə qərarları › İş №8(012)-96/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-96/2022

23.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-96/2022 23.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sabirabad rayon Məhkəməsinin MTT(056)-01/2022 saylı, 19.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək ərizəçi Borclu övladı - 27.05.2020-ci il təvəllüdlü X2 ilə həftənin 4-cü günündən növbəti həftənin 1-ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilməli və ünsiyyətə edilən maneələr Tələbkar və digər şəxslərə qadağan edilməlidir. 10.02.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin MTT(056)- 01/2022 saylı, 19.01.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2(056)-136/2022 saylı mülki iş üzrə qəbul olunacaq yekun qətnamə (qərardad) qanuni qüvvəsini alanadək ərizəçi Borclu övladı - 27.05.2020-ci il təvəllüdlü X2 ilə həftənin 4-cü günündən növbəti həftənin 1ci gününə qədər onunla qalmaqla ünsiyyətdə olmaq hüququ təmin edilməli və ünsiyyətə edilən maneələr Tələbkar və digər şəxslərə qadağan edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. 07.02.2022-ci il tarixdə Borclu ünvanına rəsmi xəbərdarlıq göndərilmişdir. Ona görə də Sabirabad rayon Məhkəməsinin MTT(056)- 01/2022 saylı, 19.01.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Ona görə də Sabirabad rayonu, Surra Ərazi Dairəsi, Balvar kəndində yaşayan Borclu barəsində, onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, borclu uşağı atıb tərk etmişdir. İcra sənədinin icrası məqsədilə uşağın anası ilə ünsiyyəti təmin edilmiş, lakin borclu uşağı ona geri qaytarmamışdır. Təqdimatı vermiş şəxs və iş üzrə borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin və borclunun iştirakı olmadan keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan 19.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən və həmin tarixli bildirişin surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzürsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Sabirabad rayon Məhkəməsinin MTT(056)-01/2022 saylı, 19.01.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2002-ci il tarixdə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Sabirabad rayonu, Surra Ərazi Dairəsi, Balvar kəndində qeydiyyatda olan Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar